Modern.az

Bu bağ evi cəmi 3 saata quraşdırıldı

Bu bağ evi cəmi 3 saata quraşdırıldı

29 Noyabr 2020, 10:48

Latviyanın “Brette Haus” şirkətinin istehsal etdiyi diyircəkli 2 mərtəbəli “bağ evi” 3 saat ərzində quraşdırılıb.

 

Modern.az "SKY"a istinadla xəbər verir ki, ev həcmcə kiçik olduğundan asanlıqla manipulyator-kran vasitəsilə yük maşınına qoyulub.

 

Qırmızı rəngli taxta ev qapı, pəncərə və damdan ibarətdir. Bununla belə, burada qonaq otağı, mətbəx və duş da yerləşdirilib.

 

Bildirilib ki, bağ evinin özülə ehtiyacı yoxdur. O, sadəcə beton üzərində quraşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir