Modern.az

Biləsuvarda avtomobil kanala aşdı

Biləsuvarda avtomobil kanala aşdı

30 Noyabr 2020, 16:26

Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Rayon Polis Şöbəsi  tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi