Modern.az

Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA

Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA

30 Noyabr 2020, 19:16

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin işi ilə bağlı ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir”.

 

Modern.az xəbər verir ki, bunu bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir