Arxiv
1 Dekabr 2020, 11:48 | AKTUAL
“Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır” - Malik Həsənov

“44 günlük müharibə haqqın-ədalətin bərpası olmaqla yanaşı, kimin kim olduğunu bir daha göstərdi. Həqiqət anı kimi dəyərləndirilən 44 gündə kimin haqqın, kimin şərin, kimin dostun, kimin isə düşmənin yanında olduğu açıqlandı. 30 ilə yaxın müddətin real mənzərəsi budur ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlar əsasında ədalətin maraqların arxasında əriməsinə rəvac verib, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi  qəbulunda  iştirak etdikləri 4 qətnamənin icrasında heç zaman maraqlı olmayıblar. Bu yanaşmalar istər müharibə dövründə, istərsə də Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatın qəbulundan sonra özünü qabarıq şəkildə büruzə verir. 9 bənddən ibarət olan bu Bəyanatın  müddəalarının ardıcıl şəkildə həyata keçirildiyi, Ağdam, Kəlbəcər və Laçının  müharibəsiz öz sahibinə qaytarıldığı bir vaxtda Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnaməni   qəbul etməsi birmənalı qarşılana bilməz”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

 

M.Həsənov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dərk etməyən, 10 noyabr razılaşmasından xəbəri olmayan senatorların səsvermədə iştirakı bu qətnamənin qəbulunun əvvəlcədən hazırlanmış təxribat olduğunu açıqlayır: “Fransa hər zaman erməni sevgisi ilə diqqət çəkib. Dünyanın aparıcı dövlətinin ədalətə deyil, maraqlara uyğun addım atması   tarixinə qara səhifə kimi yazılır. Ermənistan və Fransanı daim eyni dəyərlər birləşdirir. Maraqların bir araya gətirdiyi  iki dost ölkə terroru dövlət siyasətinin əsas tərkib hissəsinə çevirməklə tarixə hansı adla yazıldıqlarının fərqində deyillər. Fransa kimi dünyanın nüfuzlu dövləti heç bir araşdırma aparmadan «erməni soyqırımı»nı tanımaqla yanaşı, bunu digər dövlətlərdən də tələb edirsə, həmçinin Fransa Senatında “erməni soyqırımı”nı tanımayanlara qarşı cəzanın tətbiq olunması ilə bağlı qanun layihəsi qəbul olunursa,  bu, açıq-aşkar Ermənistan-Fransa münasibətlərinin yaxınlığına işarədir. Ermənistanda qondarma   “erməni soyqırımı abidəsi”nin ucaldılması, “erməni soyqırımı muzeyi”nin yaradılması da  ikili siyasətdən alınan gücün göstəricisidir. Fransa erməni diasporunun güclü olduğu ölkələrdəndir. Fransada məskunlaşan ermənilər  müəyyən mənada fransız siyasətçilərini satın ala bilirlər. Qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi də bunun bariz nümunəsidir. Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır.”

 

Millət vəkili bildirib ki, Azərbaycanın döyüş meydanında zəfəri siyasi müstəvidə qələbəsini şərtləndirdi: “Bir daha sübut edildi ki,  Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev  44 gündə 30-a yaxın xarici mətbuata, o cümlədən   Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavabı ilə  Ermənistana  və ona dəstək olan  Fransa kimi  demokratik dəyərləri, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan dövlətlərə tarix, hüquq, eyni zamanda, milli qürur dərsi kecmişdi. Həmin suala  cavab bu gün də qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin müəlliflərinə və onun qəbulunda fədakarlıq göstərən, amma məsələnin mahiyyətini dərk etməyən senatorlara, siyasətçılərə tutarlı cavabdır.  Cənab İlham Əliyev bildirmişdir:  “Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.”

 

“Bütün hədəflərə yüksək səviyyədə nail olan Azərbaycan dövlətimizin qətiyyəti, Ordumuzun gücü, dövlət-xalq-ordu birliyi sayəsində ərazi bütövlüyünü də bərpa etdi, davamlı uğurlara geniş imkanlar açdı” söyləyən millət vəkili qeyd edib ki, artıq işğaldan azad edilən torpaqlarımızın bərpa planına uyğun olaraq işlər yüksək səviyyədə  görülür,  soydaşlarımız  doğma yurd-yuvalarına  Qayıdışın tez bir zamanda reallaşacağından böyük sevinc hissi keçirirlər. Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Martına qədər virus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlərdən xəbərdarlıq 17 Yanvar 2021, 10:29 Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50 “Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” 16 Yanvar 2021, 22:35 Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı 16 Yanvar 2021, 22:22 Gəncədə azyaşlı dəm qazından boğuldu 16 Yanvar 2021, 22:08 Hirkan Milli Parkında yanğın davam edir 16 Yanvar 2021, 21:59