Arxiv
1 Dekabr 2020, 12:14 | AKTUAL
“Ermənistan rəhbərliyində Laçını qaytarmaq fikri olmayıb”

“Uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir”. 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. 

 

Dövlət başçısı bildirib ki,  bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi:

 

“Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox. Misal üçün, əgər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına baxsaq, orada daha çox hərbi hissələr yerləşirdi. Çünki orada bütün evlər, binalar mənfur düşmən tərəfindən dağıdılmışdı. Orada hərbçilər, onların ailə üzvləri yaşayırdı və çox az sayda mülki əhali yaşayırdı. Xaricdən gətirilən ermənilər oraya göndərilmirdi. Laçın rayonu isə artıq Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarətə alınmışdı və orada çox böyük məskunlaşma proqramı icra edilmişdi. Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50 “Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” 16 Yanvar 2021, 22:35 Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı 16 Yanvar 2021, 22:22 Gəncədə azyaşlı dəm qazından boğuldu 16 Yanvar 2021, 22:08 Hirkan Milli Parkında yanğın davam edir 16 Yanvar 2021, 21:59 Bayden Viktoriya Nulandı yüksək vəzifəyə təyin edəcək 16 Yanvar 2021, 21:47