Modern.az

Türkiyədə koronavirusdan rekord sayda ölüm

Türkiyədə koronavirusdan rekord sayda ölüm

Aktual

1 Dekabr 2020, 20:42

Türkiyədə koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb. Belə ki, son sutka ərzində pandemiyadan 190 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib. 

 

Nazirin sözlərinə görə, son sutkada 180 312 nəfər koronavirus  testindən keçib,  6101 xəstənin COVID-19 testi pozitiv çıxıb.

 

Qeyd edək ki, Türkiyədə bu günədək 506 966 nəfər koronavirusa yoluxub, onlardan 13 936 nəfəri vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü