Arxiv
2 Dekabr 2020, 17:54 | AKTUAL
Karantini pozan 90 sürücü cərimələndi - FOTO

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində nəzarət-profilaktik tədbirləri genişləndirilib.

 

Bu barədə Modern.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

İnfeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət-profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

 

Polis əməkdaşları tərəfindən sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilib.

 

Virus riskinin yüksək olduğu qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda, taksilərdə hərəkət iştirakçıları ilə aparılan fərdi profilaktik söhbətlərdə diqqətə çatdırılıb ki, noyabr ayının 23-27 tarixlərində respublikamızda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən 747 sərnişin, taksi fəaliyyəti ilə məşğul olan olan və şəffaf arakəsmələrdən istifadə etməyən 90 sürücü barəsində inzibati protokol tərtib edilib.

 

Paytaxt, eləcə də digər rayon və şəhərlərdə xüsusi karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədilə Daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilən nəzarət-profilaktik tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50 “Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” 16 Yanvar 2021, 22:35 Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı 16 Yanvar 2021, 22:22 Gəncədə azyaşlı dəm qazından boğuldu 16 Yanvar 2021, 22:08 Hirkan Milli Parkında yanğın davam edir 16 Yanvar 2021, 21:59 Bayden Viktoriya Nulandı yüksək vəzifəyə təyin edəcək 16 Yanvar 2021, 21:47 Azərbaycanda Vaksinasiya Strategiyası təsdiq edildi 16 Yanvar 2021, 21:32 İran ballistik raketlərini sınaqdan keçirdi 16 Yanvar 2021, 21:25