Modern.az

Maradonanın son səs yazısı üzə çıxdı: “Çox oğlum var...”

Maradonanın son səs yazısı üzə çıxdı: “Çox oğlum var...”

Aktual

2 Dekabr 2020, 21:04

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın son səs yazısı üzə çıxıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Maradona ölümündən öncə keçmiş arvadı Veronika Oxedanın sevgilisi Mario Bodriyə səsli mesaj göndərib.

 

Mərhum futbolçu Bodridən Oxeda və 7 yaşlı oğlu Dieqo Fernandoya yaxşı baxmasını istəyib:

 

"Salam, Mario. Bu, Dieqodur. Bəlkə də, sözlərimə inanmayacaqsan, amma görürəm ki, Veronika yaxşı qadındır. Mənə dedi ki, siz birlikdə yaşayırsınız. Onun və əvəzolunmaz mələyim Dieqonun qeydinə qal. Çox oğlum var, amma məni sonuncu ağ saçlarımdan məhz Fernando xilas edəcək".

 

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır