Modern.az

“Mürəkkəb işlərdə hər kəs Adil müəllimi axtarırdı” - XATİRƏ

“Mürəkkəb işlərdə hər kəs Adil müəllimi axtarırdı” - XATİRƏ

3 Dekabr 2020, 11:58

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov koronavirus infeksiyasından vəfat edib.

Tanınmış hüquqşünas, prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a vəkil Adil İsmayılov haqqında danışıb:

“Adil müəllim çox prinspial insan olub. Hər zaman mürəkkəb işlərə əl atmasına baxmayaraq, uğurlu nəticələr əldə edirdi. Sahəsi üzrə çox peşəkar və tanınmış biri idi. Müstəntiq kimi işlədiyi zaman ağır cinayətlərin istintaqını aparmışdı. Cinayətkarların məsuliyyətə cəlb edilməsi ilə bağlı ciddi yanaşmalar etmişdi. Eyni zamanda uzun müddətdir idi ki, vəkil kimi də yüksək səviyyədə peşəkarlıq nümayiş etdirirdi. Hər zaman mürəkkəb işlərdə hər kəs Adil müəllimi axtarırdı. Bu da onun işinin peşəkarı olmağından irəli gəlirdi. Ona müraciət edən insanların gözləntilərini doğruldub.

Təəssüf ki, həyatımız belədir. Bilmək olmur zərbələr nə zaman gələcək. Pandemiya nə qədər insanımızın həyatına son qoydu. 

Allah rəhmət eləsin”.

 

Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi