Arxiv
3 Dekabr 2020, 15:27 | AKTUAL
Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI

"Bu il biz iştirakçı dövlətlər üçün ümumi təhlükəsizlik təməlini təşkil edən Helsinki Yekun Aktının 45-ci ildönümünü və Yeni Avropa üçün Paris Xartiyasının 30-cu ildönümünü qeyd edirik. Helsinki Yekun Aktında təsbit edilmiş və Paris Xartiyasında bir daha təsdiqlənmiş prinsiplər, xüsusi ilə suveren bərabərlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə əlaqəli olan prinsiplər hər zamankı kimi qüvvədə qalır və münasibətlərimizin əsasını təşkil edir".


Modern.az xəbər verir ki, bunu 
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.


Nazir bildirib ki, regional sülh və təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edən zorakı münaqişələrin əsas səbəblərinin arxasında beynəlxalq hüquqa və ATƏT prinsiplərinə uyğunsuzluq dayanır.


"Bu təntənəli tədbirdə iştirakçı dövlətlər hər hansı istisna, ikili standartlar, coğrafi və ya digər üstünlükləri olmadan Helsinki Yekun Aktının prinsiplərinə qeyd-şərtsiz hörməti və onların yerinə yetirilməsini təmin etmək üçün öhdəliklərini bir daha təsdiqləməlidirlər.

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat, Ermənistanla Azərbaycan arasında təxminən 30 ildir davam edən silahlı münaqişəyə son qoymaq üçün zəmin yaratdı.

Nazirlər Şurasının diqqətinə məmnunluqla çatdırıram ki, bu Sazişin həyata keçirilməsi bütün hərbi əməliyyatların dayandırılmasını, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını təmin etdi.

10 Noyabr bəyanatı, məcburi köçkünlərin və qaçqınların BMT QAK-ın nəzarəti altında evlərinə qayıtması ilə bağlı vacib müddəanı özündə ehtiva edir.

Eyni zamanda, razılaşma bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrində olan maneələrin aradan qaldırılmasını nəzərdə tutur, Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında əlaqə daxil olmaqla, Ermənistan və Azərbaycan arasında hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkətini təmin edir.

Üçtərəfli bəyanata əsasən, Ermənistan və Azərbaycan arasında razılaşmaların həyata keçirilməsinə nəzarət etmək üçün Rusiya Federasiyası və Türkiyənin Birgə Monitorinq Mərkəzi yaradılacaqdır.

Bu razılaşmanı reallığa çevirmək üçün verdikləri töhfələrə görə Rusiya Federasiyasına və Türkiyə Respublikasına təşəkkür etmək istəyirəm. Bu qonşu dövlətlər Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək razılşamanın zamini kimi mühüm rol oynayırlar.

Sülh, bərpa və yenidənqurma fəaliyyətinin davam etdirilməsi, qayıdan məcburi köçkünlər və qaçqınlar daxil olmaqla, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi mütləq şəkildə prioritet vəzifə olmalıdır. Bu məqsədlə, Azərbaycan 1991-ci il Birləşmiş Millətlər Təşkilatının humanitar yardım barədə rəhbər prinsiplərinə tam uyğun olaraq bölgədəki sülh və sabitliyə töhfə vermək niyyətində olan BQXK, BMT QAK və BMT-nin digər qurumları, habelə ayrı-ayrı dövlətlər də daxil olmaqla, aidiyyəti beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır.

Azərbaycan tərəfi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə və ayrı-seçkilik olmadan bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası möhkəm hüquqi bazanı təmin edir.

Münaqişənin əhatə etdiyi ərazilərdəki azərbaycanlı və erməni sakinlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində bir-birlərinin təhlükəsizliyinə, etnik və dini mənsubiyyətinə hörmətə əsaslanan dinc birgəyaşayışı təmin edilməlidir və sonunda təmin ediləcəkdir.

Biz münaqişədən sonrakı yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsinə, dinc birgəyaşayışın bərpa mərhələsinə qədəm qoyuruq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır. Həmkarlarımızı və tərəfdaşlarımızı yeni perspektivli reallıqları qiymətləndirməyə və onlardan faydalanmağa çağırırıq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən ƏSGƏRLƏRİMİZ - Daşaltı əməliyyatı 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29 İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək 26 Yanvar 2021, 00:17 Teledərslərin bu günə olan CƏDVƏLİ 26 Yanvar 2021, 00:01 “Fənərbaxça” 3 xalı 3 qolla qazandı 25 Yanvar 2021, 23:50 Putin prezidentlikdən sonra çalışacağı sahəni açıqladı 25 Yanvar 2021, 23:38 Baş nazir istefa verəcək 25 Yanvar 2021, 23:29 “Türk Hava Yolları” bu ölkəyə uçuşları dayandırdı 25 Yanvar 2021, 23:17 Sumqayıtda maşın piyadanı vurub öldürdü 25 Yanvar 2021, 23:03 Avtobus qəzasında 21 nəfər öldü 25 Yanvar 2021, 22:54 Xırdalandakı partlayışda yaralananların ADLARI 25 Yanvar 2021, 22:43 “ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər” 25 Yanvar 2021, 22:36 Bayden transgenderlərin orduda xidmətinə icazə verdi 25 Yanvar 2021, 22:22 AŞPA-dakı bəzi qruplar vəziyyəti qızışdırmağa çalışırlar - Səməd Seyidov 25 Yanvar 2021, 22:15 Qənirə Paşayeva şəhid ailələri ilə görüşdü - FOTO 25 Yanvar 2021, 22:04 ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır - Hikmət Hacıyev 25 Yanvar 2021, 21:51