Modern.az

Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ

Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ

4 Dekabr 2020, 13:52

Rusiyanın Qarabağ bölgəsində yerləşdirilmiş sülhməramlı kontingent yeni açıqlama yayıb.

 

Modern.az verir ki, sülhməramlıların “qaynar xətti”nə daxil olmuş məlumat əsasında Azərbaycanın Xocalı rayonunun Pirlər kəndində Ademnik Ambartsumyan və Ramid Xaçaturyan adlı şəxslərin itkin düşdüyü müəyyən edilib.

Rusiya tərəfi alınmış məlumat əsasında Azərbaycan tərəfi ilə əlaqə saxlayıb. Həımin şəxslərin hərbçilərimiz tərəfindən saxlanılaraq Bakıya gətirilikləri müəıyyənləşib. Sülhməramlıların komandanlığı və Azərbaycan tərəfi arasında aparılan danışıqlar nəticəsində Ambartsumyan və Xaçaturyan Rusiyaya məxsus təyyarə ilə Bakıdan Yerevana aparılıb. Onlar Ermənistan Sərhəd Xidmətinə təhvil veriliblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...