Arxiv
4 Dekabr 2020, 15:38 | TƏHSİL
Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın həyata keçirilməsi, təhsil ocaqlarının açılması, iqtisadi zonanın yaradılmasına ehtiyac var. Çünki ərazilərin minalardan təmizlənməsi prosesi başa çatandan sonra geriqayıdışla bağlı məsələlərə start veriləcək.

Ərazilərə geriqayıdış bərpa edildikdən sonra  vacib məsələlərdən biri də məktəblərin, uşaq bağçalarının, kolleclərin fəaliyyətə başlaması ilə bağlıdır.

Necə etmək olar ki, işğaldan azad edilmiş ərazilərdə  təhsil ocaqlarının sayı daha çox olsun?

Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev Modern.az-a açıqlamasında mövzu barədə geniş danışıb.

“Məktəblər və uşaq baxçaları Qarabağımızda da tikiləcək”

Deputat qeyd edib ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib:


“Göründüyü kimi işğaldan azad olunmuş bütün rayon mərkəzləri və kəndlərdə təhsil müəssisələri yenidən qurulmalıdır. Barbarlar bizim mədəniyyətimizə, dinimizə, təhsilimizə qəsd ediblər. Ölkədə artıq 20 ildən çoxdur ki, infrastrukturu, kampusu ilə seçilən 100-lərlə müasir məktəb tikilib. Bu işdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən təhsil müəssisələrini xüsusilə qeyd etmək lazımdır. Düşünürəm ki, infrastrukturu identiklik təşkil edən məktəblər və uşaq baxçaları Qarabağımızda da tikiləcək”.

“Müəllimlər böyük həvəslə işləməyə gedəcəklər”

Etibar Əliyev işğaldan azad edilmiş torpaqlarda peşə təhsilinin inşasından da söz açıb:


“İşğaldan azad olunmuş ərazilərimizdə peşə təhsili məktəblərinin inşası və onların müasir tələblərə cavab verən maddi-texniki bazasının yaradılmasına önəm vermək lazımdır. Böyük şəhərlərin bir neçəsində Kolleclərin yaradılmasına da böyük ehtiyac var. Əlbəttə ki, millətimizin gələcəyi naminə görüləcək belə nəcib işlərə iş adamları, sahibkarlar da qoşulmalıdırlar. Ali məktəblərin nəzdində olan kolleclərə və peşə məktəblərinə müəllimlər böyük həvəslə işləməyə gedəcəklər. Bununla yanaşı, onların əməyinin stimullaşdırılması üçün müəyyən tədbirlər planı hazırlanmalıdır. Bildiyimiz kimi hər il müəllim peşəsini seçən abituriyentlərin önəmli kəsimi yüksək nəticələr göstərirlər. Onların xeyli hissəsi rayonlarda və kəndlərdə müəllim işləməyə üstünlük verirlər. Azərbaycan güclü dövlətdir”.


“Cənnət məkanımızda dərs deməyin özü şərəfdir”

Parlamentarinin sözlərinə görə, yüksək səviyyəli təhsil müəssislərinin qurulmasına ehtiyac var:

“Düşünürəm ki, yaxın zamanlarda işğaldan azad olunmuş rayonlarda həyat normal məcaraya düşəcək, həmin rayonlara və kəndlərə müəllim axını güclənəcək. Qarabağımızın işğaldan azad olunmasında şəhid olan qardaşlarımızın ruhunu əbədiləşdirmək üçün onların qanının töküldüyü müqəddəs yerlərimizdə yüksək səviyyəli təhsil müəüssisələrinin qurulması olduqca vacibdir. Daim təhsilə böyük qayğı göstərən Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev yaxın zamanlarda ənənəvi olaraq Qarabağımızda da yeni təhsil müəssisələrinin qirmızı lentini kəsəcək. 30 ilə yaxın həsrəti ilə yaşadığımız cənnət məkanımızda dərs deməyin özü şərəfdir. İnsanlarda böyük ruh-yüksəkliyi var. Biz bunu əməli fəaliyyətə yönəltməliyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məktəb avtobusu qəzaya düşdü - xəsarət alanlar var 27 Yanvar 2021, 08:31 Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verildi 27 Yanvar 2021, 08:19 “Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06