Modern.az

Azərbaycanın Polşadakı səfirliyi bir qrup soydaşımızı təltif edib

Azərbaycanın Polşadakı səfirliyi bir qrup soydaşımızı təltif edib

Aktual

5 Dekabr 2020, 14:09

Polşada yaşayan bir qrup soydaşımız Azərbaycanın bu ölkədəki Səfirliyi tərəfindən "Azərbaycan–Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə" medalı ilə təltif olunub.

 

Modern.az xəbər verir ki, Polşa Azərbaycanlıları Asossiasiyasının rəhbəri, Polşa Azərbaycanlıları Koordinasıya Şurasının əlaqələndiricisi Xəlil Həsənov, Polşa Azərbaycanlıları Şurasının sədri, Polşa Azərbaycanlıları Koordinasıya Şurasının üzvü Fərid Cəfərli, Polşadakı Azərbaycan evinin direktoru, Polşa Azərbaycanlıları Koordinasıya Şurasının əlaqələndiricisi Lalə Zeynalova, Polşa Azərbaycanlıları Şurasının Varşava və regionlar üzrə əlaqələndiriciləri Malik Səmədli, İlahə Kərimova, Saleh Sabili, Nicat Həsənli iki xalq arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin Polşada təbliğ edilməsində göstərdikləri fədakarlıqlara, bu ölkədə yaşayan soydaşlarımızın birliyinə və həmrəyliyinə bəxş etdikləri töhfələrə görə yüksək mükafata layiq görülüblər.

 

Onlara medalları Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov təqdim edib.

Qeyd edək ki, "Azərbaycan–Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə" medalı Azərbaycanın Milli Ordusunun generalı Maçey Sulkeviç və Polşa Milli Ordusunun polkovniki Vəli bəy Yadigarın adına təsis edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?