Arxiv
17 Dekabr 2020, 09:18 | REPORTAJ
Torpağı azad edən şəhidlər - Cəbrayıl Dövlətzadənin DASTANI - III

Cəbrayıl Dövlətzadənin DASTANI... – I
Cəbrayıl Dövlətzadənin DASTANI... - II


Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgər və zabit  heyətinin “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunması haqqında yeni xəbəri eşidincə, siyahıda gözüm Cəbrayıl Dövlətzadəni axtardı. 19 yaşlı qəhrəmanımızın adı iki təltif siyahısında idi. İkinci təltif “Vətən uğrunda” medalı idi. Onunla birlikdə bu günə 3601 vətən oğlu ölümündən sonra və hazırdakı xidmətlərinə görə orden və medallara layiq görülüb. Bu Vətənin azadlığı, torpaqlarımızın hürr və paklığı uğunda  bir güllə atan, döyüşlər gedən ərazilərdə əsgərimizə bir stəkan çay qaynadan hər kəs qəhrəmandır.


Cəbrayıl Dövlətzadə döyüşlərə başladığımız günün səhərisi 28 sentyabrda  şəhid olub. Lakin  1 gün yarımın içərisində bir ömürlük qəhrəmanlıq, bir kitab dastan yazdı. O daxilində, xarakterində formalaşan qəhrəmanlığını elə döyüşlərin ilk günündəcə büruzə verdi.  Xüsus Təyinatlı Hərbi Hissələrdən birinin ən bacarıqlı əsgəri olan  eloğlum, balam Cəbrayıl  xüsusi təyinatlıların  əməliyyat qrupu ilə   Murov ətrafında sızdığı ərazidə  komandiri və digər döyüş yoldaşlarından irəli keçərək, ilk döyüşə atılır. Əvvəlcə düşmənin  hərbi yük maşını diqqətini çəkir. Binokl ilə baxanda yəqin edir ki, maşında bir general papağı var. Daha sonra arxasınca gələn  qrup üzvlərinə deyir ki, siz qabağa keçməyin, düşməni hürküdəcəksiniz. Mən irəli gedim, işarə verdiyimdə gələrsiniz. Cəbrayıl Dövlətzadənin yanında olan  gizir ona xəbərdarlıq edir: “Əsgər Dövlətzadə, sən nizamnaməni pozursan, qayıdıb gələndən sonra komandir səni cəzalandıracaq...”.


Cəbrayıl isə qırğı kimi irəli keçib, avtomobilə çatır. Əvvəlcə uzaqdan müçahidə etdiyi papağı götürür. Sonra isə ətrafında olan 10 nəfərə yaxın erməni əsgərini öldürür. Daha sonra isə  yuxarıdakı kazarmaya doğru yol alır. Burada iki erməni polkovnikini cəhənnəmə  vasil edir. Xüsusi təyinatlı bölükdə xidmət etdiyi gündən 1 il ərzində döyüşün bütün sirlərinə yiyələnmişdi.  Burada olduğu üçün özünü xoşbəxt hesab edirdi. Çünki  Xüsusi Təyinatlı Qrupa əsgər kimi yazıldığı gündən  ən böyük arzusu  həqiqi döyüşlərdə iştirak etmək idi.  Tovuz istiqamətində Azərbaycan Ordusunun generalı Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digərləri ermənilər tərəfindən terrora məruz qalanda, yanındakı dostu Nurlan Qurbanlıya demişdi ki, ay Nurlan, yəni bu boyda Azərbaycanda bir kişi tapılmayacaq, onun qisasını almağa. Döyüş başlayan kimi mən bu qisası özüm alacam, görərsən.
İndi iki polkovniki cəhənnəmə göndərəndən sonra, həmin sözləri düşdü yadına. Allahına çox bağlı olan Cəbrayıl əlini göyə qaldırıb: “Şükür sənə Tanrım, mən səndən istədiyimi nə tez yetirdin mənə. Nə tez eşitdin məni...”,-deyib, kazarmanın arxa otağına keçəndə birada da bir general görür.  Generalı isə həmən silahla vura bilmir. Onu qollarının gücü və əlləri ilə boğaraq öldürür...


Buradan götürdüyü bəzi sənədlərlə aşağı enməyə başlayır. Onun kəşfiyyat qrupunun olduğu yerə çatmasına azca qalmış, düşmən snayperi Cəbrayılı böyründən vurur. Aldığı yaradan da özünü itirməyən Cəbrayıl gücü çatdığı qədər qrupun dayandığı mövqeyə yaxınlaşır. Sonra  hərbçi dostları gəlib onu götürürlər.  Onu  xərəkdə keçilməz dağ yolları ilə  ərazidən çıxarıb, təcili yardım maşını ilə hərbi  düşərgəyə göndərirlər. Yolda dostuna deyir: “Anama deyin, məni bağışlasın...”.


Səhra xəstəxanasında isə yəqin ki, qan itkisindən Cəbrayıl son nəfəsini verir. Onunla birlikdə olan  hərbçi dostları sonradan anası Məleykə Məmmədzadəyə deyəcəkdilər: “Coninin üzündə işıq var idi... Elə gözəl idi ki, yanaqları saraldıqca, günəşə bənzəyirdi...”.


Bu danışdığım 19 yaşı tamam olmayan, Azərbaycanın döyüş tarixində xüsusi igidliyi ilə adı tarixi salnaməmizə yazılan Cəbrayıl Dövlətzadənin göstərdiyi qəhrəmanlığın bir anı idi.


Cəbrayıl anası ilə çox yaxın dost idi. Elə bil ki, bacı-qardaş və ya ruh əkizi idilər. Əsgər yola düşdüyü gündən nənəsi Əminə Məmmədzadə və anası Məleykə Məmmədzadə onun və bütün əsgərlərin  sağ-salamat qayıtması üçün Tanrıya dua edirdilər.  Məleykə  oğlu ilə danışanda səsi telefondakı diktafona yazılırdı. Və oğlu ilə növbəti telefon danışığına kimi bu səsi dəfələrlə dinləyib, yeni zəngini gözləyərdi. Hər gün bir il kimi keçirdi. Həmin telefon danışıqlarında qalan səslərdən daha birini oxucularıma təqdim edirəm:


Nənəsi Əminə ilə söhbəti:

-Nənə səsinə qurban olsun, necəsən?

-Şükür Allaha nənə...

-Bıyyyy, sənin başına dönüm, adına  pasılka (bağlama) göndərmək istəyirik.

-Anama deyərəm gələn həftə olsun...

-Niyə indi demirsən?

-Nə bilim vallah... deyərəm də...

-Bıyyy, qadalarını alaram sənin, özünü niyə sıxırsan, sıxılma, pul lazımdırsa 20 manat da pul göndərim..

-Mənə pul lazım deyil.

-Sənə üz qırxan, mer-meyvə laızmdır? Kolbasa lazımdır?

-Yox biz hər axşam burada yeyirik kolbasa...

-Cannnnn...  sənə qurban olum... ay Allah, oy sənə qubuş olum ayəə... (nənəsi əzizləyir nəvəsini)

- Mer meyvə verirlər?

- Həəəə... gilənar və alma şirəsi.

-Nə lazımdır nənən sənə qurban....

-Yaxşı 1-2 günə sənə deyərəm

-Nənə sənə qurban,  nə lazımdır denən qadan alım, sənə qurban olum, burda nə var ki? Nə xərcləyirəm ki... Təki sən nə istəyirsən istə, ömrüm qurban...

-Mamaya de ki, gedəsi olmadıq...

- Niyə qurban olum, istidir oralar, nənə qurban...

-Hə isti olduğuna getmədik...



Bu dəfə telefonu Məleykə götürür:

-Sənə nə lazımdır onları da yaz, ünvanı da yaz ki, göndərim.

Özünə lazm olan əşyaları sayır...

-Cannnn. Meyvə-zad göndərim?  Alça yeməmisiz yəqin? Ömrüm? Can... ölərəm elə...

-Yox yemişik... Uşaqlara göndərirlər.

-Hər meyvədən 1 kilo bəs edər?  Xarab olmaz görən?

-Yox e... niyə xarab olur ki, gələn kimi dağıdırıq (gülür)

 -Can  gözümün işığı onda  hərəsindən 2 kilo edəcəm. Ölərəm sənin qabağında... Nə yaxşı bu gün zəng elədin. Bu gün fikirləşirdim ki, görəsən Cəbrayıl bu gün zəng edəcək? Allah mənim ürəyimə görə versin e....

- Mama, görək gələn ayın 1-i bəlkə gəldim, bəlkə buraxdılar. Deyirlər  iyul ayından yollar açılır.

-Hə, elə deyirlər...

-Ona görə də istəmirəm pul göndərəsiniz, gələn ay maaş alacağıq.

-Sənə qurban olum, özündən muğayat ol, ölərəm qabağında Allaha əmanət ol, ana sənin üçün çox darıxıb.

-Başımı qırxmışam ülgüclə, üç nəfər elədi, mən də elədim... Bizi Qoşqar dağılarına aparacaqlar...

-Orda neyləyəcəksiniz ki?

- Heç nə etməyəcəyik e... 15-i Xızıya gedəndə Abşerondan keçəcəyik...

-Həəəə... Axır hər işin yaxşıdır?

-Hə... dağa çıxmağı öyrənəcəyik...

-Cadır da quracaqsınız orda?

-Həəəəə...

-Sən Allah ehtiyatlı olun e.... Birdən bir şey-zad olmaz ki, iraq olsun...

-Kim öhdəsinə elə şey götürər eee...  mama. Burada bizi qoruyurlar. Bizdən qabaq 3 dəstə gedib gəlib...

-Vüsal bilirsən hardadır?

-Erməni ilə sərhəddə... atışma yerində... Postdadır.

-Qazaxdan şəhidimiz var.Ermənilər basqın ediblər... – deyib susur. Və ah çəkir...

-Cəbrayıl ayağının altında ölüm, ehtiyatlı ol. 

-Mama narahat olma deyirəm.

-O evdən çıxırıq.

-Niyə?

- Hələlik  kvartirant pulunu verə bilmirəm.. hələlik mamagildə qalacağıq. Bir babat iş tapım,  “Xalqlar”dan, ya “Əhmədli”dən kirayə tutacam... ona kimi sən də gələrsən...  Rahat evimiz olar... 

-Necə məsləhətdir... Niyə çıxdın ki ordan?

-Sözün açığı, səndən nə gizlədim, indi əlimiz aşağıdır, karantindir, yavaş-yavaş hər şey düzələcək...  Elə ona görə də işsizlikdir, şənbə-bazar günü heç kim çölə çıxmayacaq.

-Bilirəm mama.

-Ömrüm, maman səsinə qurban... Sənin səsinə qurban...

-Yanımda adam var idi, danışa bilmirdim.

-Hə indi danış...

- Paltarın saxlandığı yerdən danışıram...

-Coni indi aparsalar, yəni müharibə zad olan yerə aparmayacaqlar da... pis şey olmayacaq ki?!
- Müharibə zad yoxdur... Deyirəm kaş ki olardı.. mən olradım orada... . Orda bir göstərərdik özümüzü, nə də olsa da təlim keçmişik,  idmanı-zadı, atışı yaxşı öyrənmişik..., hazırlıqlıyıq, kaş ki, olaydıq, orda bir qarşılıq verərdik.

-Dəlisən, Allah eləməsin...

- Niyə Allah eləməsin?!

- Cəbrayıl məni düşün eeee... Allah sənə can sağlığı versin...

- Allah haqqı narahat olma...

- Yaşamaram eee... Cəbrayıl...

- Gələcəkdə nəsə olub eləsə... (anası bu sözü tam başa düşmür..., deyə fikir vermir)  mama sən bil ki, bizim bir manqamız bir bölüyə bəsdi. Bizdə 40 nəfər bir  bölükdur. 8 nəfər təlimli döyüşə girir, hücuma keçir... adama ləzzət eləyir... Bir bölüyü məhv edir.

- Coni, görüş nə vaxtdır? Bəs mən səni nə vaxt görəcəm?

-15-dən sonra... karantin qurtarır. Gedirik Xızıya..

-Sən Xızıya getsən  səninlə necə danışacam? Orda komandir icazə verəcək?

-Hə... Gedirik Xızıya, orda iki həftə qalıb,  sonra gedirik dənizə... İki həftə dənizdə oluruq.  Dənizdən gələndən sonra...

-Yəqin özləri baxacaqlar da sizə, ehtiyatlı ol...



Cəbrayıl döyüşün sirlərindən, texnikasından danışmaq istəyir. Anası isə onun sağlamlığının, həyati təhlükəsizliyinin hayındadır:


-Sənə ehtiyacım var anan sənə, qurban...Uşaqlarımızın hamısından sən yaxşısan, sən məni heç vaxt əsəbləşdirmirsən.

-Məryəmdən də muğayat ol...

-Bıy sənə qurban olum... Baş üstə.

-Mama, inşallah yaxşı olacaq hər şey... Qurban olum Allaha... bir ildən sonra burda kursa gedəcəm... 45 gündür burda kurs.  Sonra məni işə götürəcəklər. Normativ verəcəyik,  1700 manat da maaşdır. Məzuniyyətə gələcəm, kursa gedəndə yenə məzuniyyətə gələcəm.

-Orda səninlə necə rəftar edirlər? Komandir necədir səninlə?

-Mən danışan deyiləm... axı...

-Axı sənin ağzın bütövdür... yaxşı ki, sən belə böyüdün. Kişi kimi xasiyyətin  var... İnşallah, Sahib də sənin kimi olar.

-Mama Quran haqqı oktyabr “prizıvları” (çağırışçıları) içində bir dənə məni deyirlər, Quran haqqı...  Məndən nigaran olma... Vaxt bitir, gedirəm yatmağa....

-Allaha əmanət olun, özünüzü qoruyun... Bax səndən nigaranam ha.... Karantin qurtaran kimi gələcəm yanına...

(ardı var...)


P.S.
Müəllifdən: “Mən Cəbrayılın anası ilə telefon danışıqlarının sinxronunu yazmaqla, gənc bir qəhrəmanımızın yaşadığı anları, saatları gənclərimizə nümunə göstərmək istəyirəm. Qoy hər kəs bilsin ki, Cəbrayıl Dövlətzadə yaranışından qəhrəman idi. Arzuları var idi... O həm şəkil çəkir, həm daş və taxta üzərində oyma ilə məşğul olur, həm şeir yazıb, mahnı qoşur-oxuyur, həm gözəl rəqs edir, həm də gözəl yeməklər bişirirdi... Tanrının Yer üzünə verdiyi gözəllik idi.  Bu gün Məleykə Məmmədzadədən soruşdum ki, Cəbrayıla Ali Baş Komandanın verdiyi  mükafatları eşidəndə hansı hissləri keçirdi. Dedi ki:

- Mənə yaxın  qohumumuz zəng etdi. Sonra Cəbrayılın adı yazılmış siyahını göndərdi. Elə bildim ki, yazılıb ki, Cəbrayıl Dövlətzadə sağdır... Sevindim. Sonra özümə gəldim... Bir də oxuyanda bildim ki, “Azərbaycan bayrağı” ordeni və “Vətənə xidmət” medalına ölümündən sonra layiq görülüb... Heç nə mənə Cəbrayılımı qaytarmır...”.

Aida Eyvazlı GÖYTÜRK

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan xalqına qarşı müharibə cinayəti törədənlər AXTARIŞA VERİLİB 25 Yanvar 2021, 14:45 Koçaryan siyasətə qayıdır - Baş nazir olmaq İSTƏYİR 25 Yanvar 2021, 14:42 “Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq” 25 Yanvar 2021, 14:28 “Sizin təklifinizə uyğun olaraq, 6 ölkəni ziyarət edəcəyəm” -  Cavad Zərif 25 Yanvar 2021, 14:22 “AzerGold” ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:16 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33 Rektor imtahan ərəfəsində tələbələrlə görüşdü 25 Yanvar 2021, 12:30 Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçünü AXTARIR 25 Yanvar 2021, 12:28 “Zülmətdən gələn işıq”   25 Yanvar 2021, 12:24 Azərbaycanlıların ən çox sevdiyi qız və oğlan ADLARI 25 Yanvar 2021, 12:20 Ötən il İraqdan 194 uşaq Azərbaycana gətirilib 25 Yanvar 2021, 12:15 Qəbələdə təbiətə 1 675 manatlıq ziyan vuruldu 25 Yanvar 2021, 12:10