Arxiv
24 Dekabr 2020, 09:54 | DİASPOR
“Diaspor fəaliyyətində xidmətə görə” medalı  təqdim olunub

Ötən ilin sonunda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu imzalayıb.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi bu il “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını  “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.

 

Təltif olunan soydaşlarımız diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında  göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə həmin  medala layiq görülüblər.

 

Möhtərəm Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları ölkəmizin haqlı mövqeyini müdafiə edib, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavab verib. Tovuz hadisələri və Vətən müharibəsi başlayan gündən Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib,  soydaşlarımızın müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanatı ünvanlanıb, dünyanın demək olar ki, hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı  26 dildə məlumat yayılıb.

 

Koronavirus (COVID-19) pandemiyası dövrü göstərdi ki, Azərbaycan dövləti təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə yaşayan azərbaycanlılara da böyük diqqət və qayğı göstərir. Bu dövrdə 8 mindən çox soydaşımıza maddi və texniki dəstək verilib, 10 minlərlə soydaşımızın isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı əsasında ölkəmizə təxliyyəsi həyata keçirilib.

 

Diaspor təşkilatları və fəalları  ölkəmizin diaspor siyasətinə böyük töhfələr verir və bunun nəticəsidir ki, bu il 30 ölkədə yaşayan 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25.12.2019-cu il tarixli, 899 nömrəli Fərmanı ilə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmək səlahiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinə verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden 27 Fevral 2021, 01:28 Dünyada koronavirusun olmadığı yerlər 27 Fevral 2021, 01:08 Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək 27 Fevral 2021, 01:00 Bakıda gənc oğlanı maşın vurdu 27 Fevral 2021, 00:53 İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransının TAM MƏTNİ 27 Fevral 2021, 00:40 İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi 27 Fevral 2021, 00:32 İlham Əliyevdən “İsgəndər” AÇIQLAMASI 27 Fevral 2021, 00:23 “Deyirdim ki, sizin əl sıxdığınız insanlar məscidlərdə donuz saxlayanlardır” 27 Fevral 2021, 00:11 İmişlidə qadın üç övladı ilə çadırda yaşayır – VİDEO 26 Fevral 2021, 23:58 ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq - Ağ Evdən açıqlama 26 Fevral 2021, 23:45 ATƏT PA-da Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısı xatırlandı – VİDEO 26 Fevral 2021, 23:32 “Ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, ya da ki, məhkəməyə gedəcəklər” - Prezident 26 Fevral 2021, 23:18 Əfqanıstanda hərbi bazaya hücum oldu 26 Fevral 2021, 23:04 Zaqatalada piyadanı maşın vurdu 26 Fevral 2021, 22:53 Avropa xəbər agentlikləri postpandemiya dövründə fəaliyyəti müzakirə etdilər 26 Fevral 2021, 22:44 BMT Təhlükəsizlik Şurasından peyvəndlərlə bağlı vacib qərar 26 Fevral 2021, 22:33 Vyanada Xocalı soyqırımı qurbanları anıldı 26 Fevral 2021, 22:20 Almaniyada beş məscid bağlandı 26 Fevral 2021, 22:08 Dolların bahalaşması qızılı ucuzlaşdırdı 26 Fevral 2021, 21:54 Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı 26 Fevral 2021, 21:41 “Dünyada bir daha soyqırım olmaması üçün Xocalı caniləri cəzalandırılmalıdır” 26 Fevral 2021, 21:35 Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşdi 26 Fevral 2021, 21:28 “Sülhməramlıların nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıdacaqlar” - İlham Əliyev 26 Fevral 2021, 21:13 Elxan İbrahimov Müdafiə Nazirliyindən uzaqlaşdırılıb? - AÇIQLAMA 26 Fevral 2021, 21:01 “Rusiya və Azərbaycan dost ölkələrdir” - İlham Əliyev 26 Fevral 2021, 20:50 Ermənistan prezidenti baş qərargah rəisi ilə görüşdü 26 Fevral 2021, 20:39 “Bu tragikomediyaya son qoyulmalıdır” 26 Fevral 2021, 20:27 "Qondarma "DQR" rəhbərinin məsuliyyətə cəlb olunmasına nail olacağıq" - Kamran Əliyev 26 Fevral 2021, 20:18 Heç vaxt özünə ad günü keçirməyən Aprel Şəhidi - FOTOLAR 26 Fevral 2021, 20:12 Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətindən danışdı 26 Fevral 2021, 20:07 İƏT-in Parlament İttifaqı Xocalı ilə bağlı bəyanat YAYDI 26 Fevral 2021, 20:00 Xocalı soyqırımı törədiləndə dünya susmuşdu - İlham Əliyev 26 Fevral 2021, 19:52 NATO-nun mənzil-qərargahında Xocalı qurbanları anılıb - FOTO 26 Fevral 2021, 19:45 Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTOLAR 26 Fevral 2021, 19:37 Bakıda prospektdəki qəza tıxac yaratdı 26 Fevral 2021, 19:30