Arxiv
29 Dekabr 2020, 14:44 | DİASPOR
Diaspor Komitəsi "Könüllülər ili"nə yekun vurdu

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Könüllülər İli"nin yekunlarına həsr olunmuş "Vətən üçün özümüz bir, könlümüz bir" mövzusunda videokonfrans keçirilib.

Komitədən Modern.az bildirilib ki, dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəblinin moderatorluğu ilə aparılan videokonfransda Azərbaycan Diaspor Könüllüləri və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) könüllüləri, eləcə də xaricdə yaşayan bir qrup azərbaycanlı gənc iştirak ediblər. Tədbir Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və RİİB könüllülərinin ifasında Dövlət Himninin səsləndirilməsilə başlayıb.

Videokonfrans iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov hər bir könüllünü ölkəmizin parlaq Qələbəsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-ci il tarixli sərəncamını xatırladan komitə sədri bildirib ki, bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılıb. Nəticədə könüllülər bir şox fəaliyyət sahələrində, o cümlədən diaspor hərəkatında onlara bəslənən ümidləri doğruldublar.

Diaspor və RİİB könüllülərinin, eləcə də xaricdə yaşayan gənc soydaşlarımızın qlobal koronavirus pandemiyası, Tovuz təxribatları və 44 gün davam edən Vətən müharibəsi zamanı göstərdikləri fəaliyyət yüksək qiymətləndirilib. Komitə sədri vətənpərvərlik, təşəbbüskarlıq, kreativlik, innovativ düşüncə tərzi və müasir dünya görüşü nümayiş etdirən diaspor və RİİB könüllülərinə, eləcə də xaricdə yaşayan gənc soydaşlarımıza minnətdarlığını bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir Diaspor Könüllülərinin fəaliyyətindən bəhs edən videoçarxın və RİİB tərəfindən hazırlanan Könüllülər himninin nümayişi ilə davam etdirilib.

Daha sonra "Azərbaycan Diaspor Könüllüləri" proqramının koordinatoru Bəxtiyar Rəhimov, RİİB-in Bakı Regional Bölməsinin rəhbəri Elvin Aslanov və könüllülər çıxış ediblər.

Çıxışlarda könüllülərin fəaliyyətinə yaradılan şəraitə görə dövlət başçısına, Heydər Əliyev Fonduna, ayrı-ayrı dövlət strukturlarının rəhbərlərinə minnətdarlıq ifadə edilib, görülən işlər haqqında məlumat verilib, informasiya müharibəsində könüllülərin sosial şəbəkə üzərindən fəaliyyətləri qeyd olunub, eləcə də qarşıda duran vəzifələr müzakirə edilib. Xaricdə yaşayan gənclər daim dövlətimizin yanında olduqlarını bildirərək, könüllülük fəaliyyətində aktiv iştiraklarına şərait yaradıldığı üçün təşəkkürlərini bildiriblər.

Videokonfrans 2020-ci il ərzində “Karabakh is Azerbaijan!” Milli platformasında xüsusi aktivliyi ilə seçilən şəxslərə təşəkkürnamələrin təqdim edilməsi, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Diaspor və "Regional İnkişaf" İctimai Birliyi könüllülərinin dünya azərbaycanlı gənclərinə birgə müraciətinin səsləndirilməsilə başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00 Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb 21 Yanvar 2021, 15:55 Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər 21 Yanvar 2021, 15:53 Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev 21 Yanvar 2021, 15:53 Vətən Müharibəsində həlak olmuş 2858 nəfərin şəxsiyyəti tam müəyyən edilib  21 Yanvar 2021, 15:50 Sahara səhrasına qar yağdı – FOTO 21 Yanvar 2021, 15:45 Xanlar Vəliyev: Hərbi prokurorluqda kadr islahatları aparılıb 21 Yanvar 2021, 15:40 Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlandı 21 Yanvar 2021, 15:34