Modern.az

“Öz torpağıma qayıtmaq üçün ölürəm” - Aqil Abbas

“Öz torpağıma qayıtmaq üçün ölürəm” - Aqil Abbas

Parlament

30 Dekabr 2020, 11:44

Milli Məclisin deputatı Aqil Abbas keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmaması ilə bağlı səslənən fikirlərə etirazını bildirib.

 

Modern.az xəbər verir ki, deputat hər bir qarabağlının öz torpaqlarına qayıtmaq üçün sıraya düzüldükərini deyib:

 

“Biri mən. Öz torpağıma qayıtmaq üçün ölürəm. Biri Bəxtiyar Sadıqov. Biz o torpaqlara geri qayıdacağımız günü illərlə gözləmişik. İnsanları ruhdan salmağa çalışırlar. Amma bacarmayacaqlar. Bu tipli şaiyələr yaymaqda davam edirlər”.


Sədr Sahibə Qafarova isə Aqil Abbasa cavab olaraq bildirib ki, belə şaiyələr çox olacaq:

 

“Azərbaycanlılar müdrik xalqdırlar. Qarabağlılar öz torpaqlarına mütləq qayıdacaqlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir