Arxiv
12 Yanvar 2021, 12:10 | DÜNYA
Dünya ölkələrinin vaksin dərdi - Bu il hamıya çatmayacaq - Bədbin PROQNOZ

Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edib ki, COVID-19-a qarşı kütləvi immunitetin bu il yaranacağı real deyil. Bu arada vaksinasiya proqramlarını gücləndirən ölkələrin sayı artmaqdadır.


“Vaksinlər ən zəifləri qorumağa başlasa belə, 2021-ci ildə kütləvi, yaxud sürü immunitetinin hansısa səviyyəsinə çatacağımız real görünmür. Hətta bu, bir qisim ölkədə yaransa belə, bütün dünyada əhalini qoruya bilməyəcək”, – DST-nin baş alimi Sumya Svaminatan söyləyib.


BioNTech bu il 2 milyard doza istehsal edəcək


Aylardır davam edən məhdudiyyətlərə baxmayaraq, virus Avropadan tutmuş Asiya qədər davamlı çıxıb, kökü kəsilənə oxşamır.


Qışda yoluxmalar artıb, eyni zamanda ölkələr kütləvi vaksinasiyaya başlayıb.


Kütləvi immunitetin yaranmasından ötrü əhalinin 70-80 faizinə peyvənd vurulmalıdır. Bundan sonra əhalinin bütünlükdə xəstəliyə qarşı qorunduğunu düşünmək olar.


Modern.az
“Azadlıq” radiosuna istinadən xəbər verir ki, Avropa və ABŞ-da Moderna və Pfizer-BioNTech vaksinləri ilə başlanmış peyvəndləmə nisbətən səngiyib, səbəb də vaksin təchizatı və istehsaldakı məhdudiyyətlərdir.


BioNTech-in yanvarın 11-də bildirdiyinə görə, yeni istehsalat obyektlərinin bu il 2 milyard dozanın hazırlanmasına kömək edəcəyi gözlənir. Daha öncə 1.3 milyard doza hazırlanacğı deyilirdi. Bu isə dünya üzrə cəmi 1 milyard insana ikidozalı peyvəndin vurulması deməkdir. Yer üzündə 7.6 milyard nəfər yaşayır.


450 milyona yaxın əhalisi olan Avropa Birliyi altı vaksin istehsalçısından 2.3 milyard dozaya yaxın vaksin sifariş edib. Hələlik, yalnız Moderna və Pfizer-BioNTech vaksinləri istifadəyə təsdiqlənib.


Cəmi 9 milyon amerikalıya peyvənd vurulub


Moderna bloka 160 milyon doza çatdırmaqla bağlı kontrakt imzalasa da, hələ ki həmin çatdırılma olmayıb. Moderna bu il azı 600 milyon doza vaksin buraxmağı planlaşdırır.


Avropa Komissiyasının başçısı Ursula von der Leyen ötən həftə deyirdi ki, BioNTech/Pfizer ilə mövcud saziş genişləndirilib, sifariş olunan vaksin dozası 600 milyona qaldırılıb.


Yanvarın 11-dək 9 milyonadək amerikalıya vaksinin birinci dozasının vurulduğu bildirilib. Bu, hökumət tərəfindən ştatlara paylanmış ümumi dozaların üçdə birindən də azı deməkdir. ABŞ-da 330 milyon nəfər yaşayır.


Yeni prezident seçilmiş Co Baydenə ikinci doza yanvarın 11-də vurulub. O, prezidentliyinin ilk 100 günündə 100 milyon nəfərə peyvənd vurulmasını qarşısına məqsəd qoyub.


ABŞ Pfizer/BioNTech və Moderna şirkətlərindən 400 milyon doza sifariş edib ki, bu da 200 milyon nəfərə bəs edəcək. Ancaq dozaların hamısının çatdırılması aylar çəkəcək.


Ştatlar vaksinasiyanı sürətləndirməyə çalışırlar. Bu həftə bir sıra yerli hökumətlər stadionlarda, parklama yerlərində kütləvi peyvəndləmə mərkəzləri açıblar.


Rusiya, Çin, Türkiyə


Rusiya özünün hazırladığı Sputnik-V vaksinindən istifadə edir və Serbiya, Argentina daxil olmaqla bir sıra ölkələri də təchiz edir.


Səhiyyə naziri Mixail Muraşko ötən həftə deyirdi ki, artıq 800 mindən çox sakinə peyvənd vurulub, Rusiyada 1.5 milyon doza paylanıb.


Çin də özünün hazırladığı peyvəndləri vurmağa başlayıb, bir sıra ölkələr də bu peyvəndlərdən istifadə etməyi planlaşdırır.


Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 11-də bildirib ki, bu həftənin sonuna ölkədə peyvəndləmənin başlanacağına ümid edir. Rəsmi orqanlar Çinin SinoVac vaksininin təsdiqlənməsi prosesini tamamlamalıdırlar.


İsrail isə martadək əhalinin böyük hissəsinə peyvənd vurmağı hədəfləyir.


DST baş direktorunun müşaviri Dr. Brüs Eylvord deyib ki, qurum bu ayın sonuna, yaxud fevrala dünyanın ən yoxsul ölkələrindən bəzilərində vaksinasiyanın başlanacağına ümid edir. O, yoxsul ölkələrə peyvənd göndərilməsi üçün beynəlxalq köməyə səsləyən çağırışları bir daha dilə gətirib.


BMT-nin dəstəklədiyi COVAX adlı təşəbbüsün məqsədi inkişaf etməkdə olan ölkələri vaksinlə təmin etməkdir. Ancaq təşəbbüs vaksin, pul və logistik dəstək çatışmazlığı ilə üzləşir, çünki donor ölkələr öz vətəndaşlarını qorumağa çalışır, digər tərəfdən iqtisadi çətinliklərlə üzləşiblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24 Azərbaycanla Türkmənistan daha da yaxınlaşdılar - Təhlil 21 Yanvar 2021, 19:19 Bakı metrosunun nə zaman fəaliyyətə başlayacağı məlum oldu 21 Yanvar 2021, 19:10 Bahar Muradova İordaniya səfiri ilə görüşdü 21 Yanvar 2021, 19:02 Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00