Modern.az

Bakı \"İnstagram\" üçün cəlbedici şəhərlər sırasında

Bakı \

14 Yanvar 2021, 20:45

Bakı şəhəri "Instagram" sosial şəbəkəsində paylaşmaq üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb.

 

Modern.az xəbər verir ki, siyahı "The Big 7 Travel" agentliyi tərəfindən tərtib edilib.

 

Qeyd olunub ki, Azərbaycanın paytaxtında şəklini çəkib "Instagram"da paylaşmaq üçün uyğun olan məkanların sayı həddən artıq çoxdur:

 

"Ultramüasir Heydər Əliyev Mərkəzindən tutmuş, 12-ci əsrə mənsub İçərişəhərədək Bakı "İnstagram" hesabınızda yerləşdirə biləcəyiniz məkanlarla zəngindir".

 

"The Big 7 Travel"in tərtib etdiyi siyahıda birinci yerdə Yaponiyanın paytaxtı Tokio qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir