Modern.az

Elşad Eyvazlı Türkiyə parlamentinin sədri ilə görüşüb

Elşad Eyvazlı Türkiyə parlamentinin sədri ilə görüşüb

Media

15 Yanvar 2021, 13:30

Ötən gün Ankarada Türkiyə Böyük Millət Məclsinini sədri Mustafa Şentop Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri, Modern Media Grup-un rəhbəri, Global Journalism Council-in sədr müavini Elşad Eyvazlını qəbul edib.

Spiker Qarabağın azad edilməsindən, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğundan, Türkiyə mediasının gerçəkləri dünyaya çatdırmasındakı mücadiləsindən danışıb.

O, bundan sonra da iki ölkə arasındakı münasibətlərin qardaşlıq səviyyəsində qalacağından heç şübhə etmədiyini vurğulayaraq, iki ölkə jurnalistlərinin bu məsələdə davranışlarını tədir edib.

E.Eyvazlı Türkiyə parlamentinin sədrinə təşəkkür edib və iki ölkə mediası arasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin təşəbbüsü ilə başladılan Media Platformasının olduğunu, bu platformanın böyük uğurlar qazanacağını bildirib.

Görüşdə Türkiyə BMM sədrinin baş müşaviri Salih Zəki Saridanışmet də iştirak edib.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar