Modern.az

İsraildə peyvənd olunan 13 nəfər iflic oldu

İsraildə peyvənd olunan 13 nəfər iflic oldu

Aktual

17 Yanvar 2021, 20:43

İsraildə yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

 

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

 

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə COVİD-19 infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir