Arxiv
19 Yanvar 2021, 09:46 | MƏDƏNİYYƏT
Elmlər Akademiyasının qurumlarında YOXLAMA APARILIR

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının qurumlarında daxili yoxlamalar aparılır.

Modern.az xəbər verir ki, bu barədə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov bildirib.

Onun sözlərinə görə, yoxlama ilkin olaraq Fizika İnstitutunda aparılıb və nöqsanlar aşkar edilərək müəyyən qərar qəbul olunub.


Xatırladaq ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən Fizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kar­güzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsə­dilə yoxlama aparılıb.

Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.


Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.
 
Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.


İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsveçdə 8 nəfəri yaralayan terrorçu saxlanıldı 4 mart 2021, 01:20 Yerin üzərində ilk dəfə kosmik qasırğa müəyyən olundu - FOTO 4 mart 2021, 01:11 Myanmada toqquşmalarda ölənlərin sayı 50-ni keçdi 4 mart 2021, 01:00 Vətən müharibəsində itkin düşən 9 əsgər... - FOTO 4 mart 2021, 00:50 Paytaxtda piyadanı maşın vurdu 4 mart 2021, 00:38 Teledərslərin bu günə olan CƏDVƏLİ 4 mart 2021, 00:31 Şəmkirdə 16 yaşlı qız ikinci mərtəbədən yıxıldı 4 mart 2021, 00:20 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 4 mart 2021, 00:08 Türkiyədə bir gündə virusdan 65 nəfər öldü 3 mart 2021, 23:59 Vazgen Manukyana cinayət işi açıldı 3 mart 2021, 23:47 Qori seminariyasının kiçik modeli - Uluxanlı məktəbi 140 yaşında 3 mart 2021, 23:40 Neft bahalaşdı 3 mart 2021, 23:33 Snayperlər Paşinyanı belə qoruyur - VİDEO 3 mart 2021, 23:20 Portuqaliya - Azərbaycan matçı “Yuventus”un stadionunda keçiriləcək 3 mart 2021, 23:03 “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” - “Kurtlar Vadisi”nin rejissoru 3 mart 2021, 22:49 Ölkədə bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 3 mart 2021, 22:34 Azərbaycan vətəndaşlarının İrana giriş şərtləri açıqlandı 3 mart 2021, 22:29 Özünü 17-ci mərtəbədən atan yeniyetmə sağ qaldı 3 mart 2021, 22:17 Azərbaycanda vəfat edənlərin yaş kateqoriyaları açıqlandı 3 mart 2021, 22:06 Komitə sədri bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşdü - FOTO 3 mart 2021, 21:54 Lənkəranda oğul atasını bıçaqladı 3 mart 2021, 21:45 Dilavər Əzimli dəfn olundu - FOTO 3 mart 2021, 21:32 Oğuzda piyadanı maşın vurdu 3 mart 2021, 21:23 Hakim olmaq istəyən hüquqşünaslar imtahandan keçdilər 3 mart 2021, 21:14 Göyçay sakini dəm qazından boğuldu - FOTO 3 mart 2021, 21:00 “Neftçi” autsayderə qalib gəldi 3 mart 2021, 20:48 OPEC+ hasilatla bağlı razılaşa bilmədi 3 mart 2021, 20:39 Çavuşoğlu təyyarədə keçmişini xatırladı – VİDEO 3 mart 2021, 20:26 Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi 3 mart 2021, 20:12 Gədəbəydə gənc qadın özünü asdı 3 mart 2021, 20:03 Bu ölkədə koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb 3 mart 2021, 19:47 Anar Kərimov azərbaycanlı incəsənət xadimləri ilə İstanbulda görüşdü 3 mart 2021, 19:30 General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu 3 mart 2021, 19:26 Hərbçilərə əlavələr nə vaxt ödəniləcək? - Rəsmi cavab 3 mart 2021, 19:20 Vaksinasiya olunmaq istəməyən müəllimləri nə gözləyir? - AÇIQLAMA 3 mart 2021, 19:11