Modern.az

Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı oldu

Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı oldu

Aktual

19 Yanvar 2021, 19:40

Vətən müharibəsi iştirakçılarından biri də Səbuhi Azər oğlu Əsədovdur. 1999-cu ildə Bakı şəhərində anadan olan Səbuhi əslən Cəbrayıl rayonundandır. 2005-ci ildə Suraxanı rayonu 85 nömrəli məktəbin birinci sinfinə gedir və 2016-cı ildə həmin məktəbi bitirərək 2019-cu ildə Mingəçevirə hərbi xidmətə yollanır.

 

Modern.az xəbər verir ki, Səbuhi Vətən müharibəsində iştirak edib. Oktyabrın 8-də Talış, Suqovuşan və Ağdərə istiqamətlərindəki döyüşlərdə şəhid olub.

 

Bu günlərdə yaşadığı ərazidə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?