Arxiv
20 Yanvar 2021, 10:06 | AKTUAL
20 yanvar... 300 il keçsə də...

Qənirə PAŞAYEVA, 
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri 

 

20 yanvar 1990-cı ildən bizi 31 il ayırır. Ancaq bu uzaqlaşma deyil, bəlkə, tarixi getdikcə daha dərindən idrak etməkdir. 20 yanvardan 300 il keçsə də, xalqın yaddaşı, qan yaddaşı, ictimai fikir, hər gələn nəsil o günü unudan deyil. Əgər Stalin repressiyalarından, II Dünya müharibəsindən, beynəlmiləlçilik pərdəli ideoloji-siyasi “tərbiyələnmə”dən, daha nələrdən-nələrdən keçən cəmiyyət, xalq 20 yanvar şəhidlərini dəfn etməkçün məhz indiki Şəhidlər Xiyabanının ərazisini tərcih edə bildisə, demək, tarix şüuru, milli mənlik şüuru sıradan çıxmır və saxta boyaları rədd edə bilir.

20 yanvar şəhidlərinin dəfn mərasiminin təşkili, yüz minlərlə insanın heç bir qadağaya baxmayaraq, dəfndə iştirakı xalq ruhunun cəsarətini göstərdi. Və zərrə qədər şübhə yoxdur ki SSRİ imperiyasının çöküşünün əcəl zəngi məhz Bakıda, yanvarın 19-dan 20-ə keçən gecə  çalınıb! O gecə bir imperiya üçün çalınan əcəl zəngi, bir respublika üçün dövlət müstəqilliyinə gedən yolun xəbərçisi idi. 170 nəfərə yaxın şəhid, 800 nəfərə yaxın yaralı... dağıdılan obyektlər, sırdana çıxarılan avtomobillər, bir sözlə, qana tutulmuş şəhər..! 20 yanvar 1990-cı ildə soyuq Bakıya Günəş doğmadısa da, istiqlal günəşi üfüqdə göründü..
.

20 yanvar xalqın əzmini sındıra bilmədi, xalq öz iqtislal arzusundan əl çəkmədi. Hər xalq 20 yanvardan, o dövrün acı gerçəkliklərindən keçib dirçələ bilməz yaxud uzun illər diçələ bilməz. Özü də, bir yandan Qorbaçov Kremlinin, SSRİ siyasi-hərbi rəhbərliyinin ədalətsizliyi ilə, digər yandan onların və başqalarının himayəsinə sığınmış Ermənistanın torpaq iddiaları ilə - faktiki iki cəbhədə və faktiki əliyalın mübarizə aparan xalqdıq  o illərdə... Azərbaycan xalqı böyük xalqdır, dirçəldi, dövlət müstəqilliyini qazandı, şəhidlərin ruhu şad oldu.

Şəhidlər Xiyabanında 20 yanvardan sonra, 20 yanvar şəhidlərinin müqəddəs yolunu davam etdirərək, suverenlik və ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən oğul-qızları da torpağa tapşırılıb. Ölkəmizin elə şəhəri, rayonu, el-obası yoxdur orada şəhid məzarı olmasın. Şair demiş, torpağımız hər yerdə şəhid məzarı ilə möhürlənib, elə ona görə də, müstəqilliyimiz əbədidir. Bu əminliyi 44 günlük Vətən Müharibəsində bir daha yaşadıq, bir daha gördük, bir daha inandıq. Xalqımız böyük xalqdır, vəfalı xalqdır, dönməz xalqdır! Bu yerdə, Ümummilli liderin sözlərini xatırlatmaq istərdim: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki mən azərbaycanlıyam”! “İqtislal” Ordenli Xalq şairimiz Bəxtiyar Vahabzadənin məşhur “Şəhidlər” poemasından bu misraları xatırlatmaq istərdim:

Zalimin zəfəri başdan qələtdir,

Zamanın səsini biz də dinlərik.

Dünya gücümüzə yaxşı bələddir,

Hələ biçilməmiş əkilənlərik!

20 yanvar şəhidlərini ziyarət həm dövlət tədbirləri ilə, həm ilboyu xalqımızın, paytaxtın qonaqlaqrı tərəfindən ziyarət olunur. Şəhidlər Xiyabanı bizim əbədi ziyarət və and yerimizdir!

Ziyarətimiz, dualarımız qəbul olsun!

Müstəqil Azərbaycan Respublikasına sədaqətlə xidmət andımızdır!

19.01.2021. BAKI

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP-ın ardınca digər partiyalar da gəncləşmə siyasəti aparacaq? - Sədrlər CAVAB VERİR 5 mart 2021, 17:30 Zaqatalada yeni fındıq emalı fabriki yaradılır 5 mart 2021, 17:22 “Onlar xəstələniblər, koronavirusdan da betər...” - İlham Əliyevdən sərt MESAJ 5 mart 2021, 17:17 Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı verdi 5 mart 2021, 17:12 Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası 5 mart 2021, 17:07 YAP-da əsas söz sahibinə çevrilən Tahir Budaqov kimdir? - DOSYE 5 mart 2021, 17:02 Ukraynanın Azərbaycandakı səfiri Gəncəyə gedib - FOTOLAR 5 mart 2021, 16:56 YAP-ın Mərkəzi Aparatı yaradıldı - İcra katibliyi LƏĞV EDİLDİ 5 mart 2021, 16:54 Rektor YAP İdarə Heyətinin üzvü seçildi 5 mart 2021, 16:50 Bakıda ağacların dibi asfaltdan təmizləndi - FOTOLAR 5 mart 2021, 16:49 Fəzail Ağamalı YAP-ın qurultayından DANIŞDI 5 mart 2021, 16:46 Dünya yenidən qapanmaya gedir – Koronavirus kabusu davam edir 5 mart 2021, 16:46 YAP sədrinin müavinləri təyin edildi: Mehriban Əliyeva, Əli Əhmədov, Tahir Budaqov 5 mart 2021, 16:37 Azərbaycan XİN erməni nazirə CAVAB VERDİ 5 mart 2021, 16:34 Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır 5 mart 2021, 16:29 İlham Əliyev “91-lər”in fəaliyyətini qiymətləndirdi 5 mart 2021, 16:24 Roma Papası Bağdadda - FOTO 5 mart 2021, 16:18 Məşhur Məmmədov: YAP-ın yenilənməsi islahatlara təkan verəcək 5 mart 2021, 16:13 QHT sədri YAP İdarə Heyətinin üzvü seçilib 5 mart 2021, 16:08 Həbs olunan qazi AZADLIĞA BURAXILDI 5 mart 2021, 16:02 Milli Məclisin yəhudi deputatı: “Vaxt yetişəndə Azərbaycan İsraildə səfirlik açacaq” 5 mart 2021, 15:58 Ermənilərin talan etdiyi Ağdamın Tağıbəyli kəndi - VİDEO 5 mart 2021, 15:52 Karantin rejimi daha çox kimlərə təsir edir? - AÇIQLAMA 5 mart 2021, 15:47 Elçin Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü 5 mart 2021, 15:44 Əli Nağıyev Türkiyəyə başsağlığı verdi 5 mart 2021, 15:40 Avrasiya İttifaqı Yerevanın təkidi ilə Türkiyəyə qarşı QƏRAR VERDİ 5 mart 2021, 15:34 Hava xəbərdarlığı - Qar yağacaq, yollar buz bağlayacaq 5 mart 2021, 15:29 Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi” – İlham Əliyev                  5 mart 2021, 15:24 Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü 5 mart 2021, 15:20 Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir 5 mart 2021, 15:17 Ermənistan “Eurovision”da iştirak etməyəcək 5 mart 2021, 15:12 Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil” 5 mart 2021, 15:06 Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib 5 mart 2021, 15:00 Koronavirusa yoluxma sayı yenə ARTDI 5 mart 2021, 14:54 BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu! 5 mart 2021, 14:50