Arxiv
20 Yanvar 2021, 10:35 | AKTUAL
Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş qısa film hazırlanıb.

Baş Konsulluqdan Modern.az-a verilən məlumata görə, filmdə 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı poqromların başlandığı, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə hücum edərək yüzlərlə mülki azərbaycanlını qətlə yetirdikləri qeyd olunur. Nəticədə 250 min azərbaycanlının Ermənistandan kütləvi şəkildə didərgin salındığı bildirilir.

Bütün bunların və Ermənistanın eyni zamanda ölkəmizə qarşı ərazi iddiaları qaldırmasının Azərbaycanda kütləvi etiraz nümayişlərinə gətirib çıxardığı və bunun da tezliklə milli azadlıq hərəkatına çevrildiyi vurğulanır. Azadlıq hərəkatının vəhşicəsinə yatırılması məqsədilə ozamankı SSRİ rəhbəri M.Qorbaçovun əmri ilə 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet ordusunun Bakıya hücum etdiyi və dinc nümayişçiləri qətlə yetirdiyi diqqətə çatdırılır. Nəticədə uşaqlar və qadınlar da daxil olmaqla, 150-yə yaxın azərbaycanlı mülki şəxsin həlak olduğu və 700-dən artıq insanın yaralandığı bildirilir.

Filmdə Qorbaçov rejiminin Azərbaycan xalqının iradəsini sındıra bilmədiyi, milyondan çox azərbaycanlının küçələrə axışaraq faciə qurbanlarını yad etdiyi qeyd olunur.

Həmin zaman Ümummilli Lider Heydər Əliyevin Qara Yanvar qətliamını kəskin şəkildə qınadığı diqqətə çatdırılaraq, onun Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyində etdiyi çıxışdan bir hissə təqdim olunur. 

SSRİ rəhbərliyinin göstərdiyi vəhşiliyin Azərbaycan xalqının öz müstəqilliyini əldə etməsinə mane ola bilmədiyi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdiyi vurğulanır. Müstəqilliyin ilk illərində Ermənistanın ölkəmizin 20% ərazisini işğal etdiyi və 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. 2020-ci ildə Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizi 44 gün içərisində azad etdiyi bildirilir.

Filmdə bu gün, Qara Yanvar faciəsindən 31 il sonra, Azərbaycanın azad, çiçəklənən və güclü bir dövlət olduğu və Qafqazı sülh və əməkdaşlıq regionuna çevirmək üçün səylər göstərdiyi diqqətə çatdırılır.

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artmışdır. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 17 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bəziləri dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! 8 mart 2021, 15:39 Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ 8 mart 2021, 15:32 Universitet professoru vəfat etdi 8 mart 2021, 15:29 Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI 8 mart 2021, 15:23 İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb 8 mart 2021, 15:08 Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU 8 mart 2021, 14:55 Livanda etirazçılar əsas yolları bağlayıb 8 mart 2021, 14:44 ABŞ Türkiyəyə sanksiya tətbiq etdi, Ankara çıxış yolu TAPDI 8 mart 2021, 14:31 Kürdə batan şəxsin meyiti tapıldı 8 mart 2021, 14:14 Türkiyədə 31 FETÖ üzvü saxlanılıb 8 mart 2021, 14:03 BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi 8 mart 2021, 13:40 Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var 8 mart 2021, 13:32 Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır 8 mart 2021, 13:25 Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik 8 mart 2021, 13:17 Zəngilanda postlar quruldu - Təhlükəsizlik tədbirləri gücləndirildi 8 mart 2021, 13:10 Ceyhun Bayramov Azərbaycan xanımlarına təşəkkür etdi 8 mart 2021, 13:03 İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı 8 mart 2021, 12:57 Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTOLAR 8 mart 2021, 12:50 Ermənilərin viran qoyduğu Zəngilanın Qaragöz kəndi - VİDEO 8 mart 2021, 12:42 Bağlanan banklarda kompensasiya ödənişləri 93 faizi təmin olunub 8 mart 2021, 12:35 FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat YAYDI 8 mart 2021, 12:28 Sabahın hava PROQNOZU 8 mart 2021, 12:21 Bir ananın monoloqu... 8 mart 2021, 12:14 Baş Prokuror Azərbaycan xanımlarını təbrik etdi 8 mart 2021, 12:07 Nazirlik Badamdardakı sürüşmənin səbəbini AÇIQLADI 8 mart 2021, 12:00 Qubada alma yeşikləri yük maşınından yola dağıldı - Fotolar 8 mart 2021, 11:54 “Bizimlə kimsə təkəbbürlə danışa bilməz” - İbrahim Kalın 8 mart 2021, 11:47 Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi 8 mart 2021, 11:40 Nazir xanımları təbrik etdi 8 mart 2021, 11:36 Britaniyalı nazir Azərbaycan qadınlarını təbrik etdi 8 mart 2021, 11:32 Sabah Əfv Komissiyası yenidən TOPLAŞIR 8 mart 2021, 11:25 Sahibə Qafarova qadınları təbrik etdi 8 mart 2021, 11:18 Ötən gün baş verən qəzalarda 2 nəfər öldü 8 mart 2021, 11:10 Etibarlı tərəfdaş 8 mart 2021, 11:02 Dostların məclisi faciə ilə nəticələndi - 16 yaşlı gənc öldü 8 mart 2021, 10:55