Modern.az

20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində 

20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində 

21 Yanvar 2021, 17:00

Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşəbbüsü ilə 20 Yanvar faciəsi barədə məlumatlar yapon dilində sosial media şəbəkələrində yerləşdirilib.

 

Modern.az xəbər verir ki, Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, 31 il əvvəl SSRİ rəhbərliyinin günahsız xalqımıza qarşı törətdiyi qanlı və dəhşətli cinayətin səbəb və məqsədləri barədə Yaponiya ictimaiyyətinə ətraflı məlumatlar təqdim edilib. Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin haqlı tələblər irəli sürən, demokratik yollarla azadlıq və müstəqilliyə nail olmaq istəyən xalqımızın iradəsini qırmağa çalışdığı, amma buna nail olmadığı bildirilib. Ulu öndər Heydər Əliyevin bu qanlı hadisələr vaxtı həyatını təhlükəyə ataraq, Azərbaycan SSR-nin Moskva şəhərindəki daimi nümayəndəliyinə gəldiyi, baş verən faciədə keçmiş SSRİ və Azərbaycan rəhbərliyinin günahkar olduğunu bəyan etdiyi nəzərə çatdırılıb.

 

Bildirilib ki, 20 Yanvar şəhidlərinin arzuları xalqımızın mərdliyi, apardığı mübarizə nəticəsində həyata keçib. "Azərbaycan nəinki müstəqil dövlətə çevrilib, həmçinin qəhrəman ordumuz Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan torpaqlarımızı azad edib. Bu, şəhidlərimizin xatirəsinə ən layiqli hədiyyədir. Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin və milli birliyimizin rəmzi kimi bundan sonrakı nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq".

 

Məlumatda faciənin əks olunduğu fotolara geniş yer verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir