Arxiv
22 Yanvar 2021, 11:10 | PARLAMENT
Deputatlar vaksin vurduracaq?..

Dünya bir ilə yaxındır ki, COVID-19 pandemiyası ilə mübarizə aparır. Koronavirusa yoluxma sayı artdıqca, ölüm da çoxalır.

Vəziyyət o həddə çatıb ki, koronavirusla bağlı xəbərlər dünya əhalisində psixoloji gərginlik yaradıb.

Koronavirus bəlası Azərbaycanda da təhlükəli hal alıb. Hər gün yaxın ətrafımızdan kimlərinsə bu virusa yoluxduğunu, hətta öldüyünü eşidirik.

Mütəxəssislərin bildirdiyinə görə, bu bəladan qurtulmağın yolu vaksin vurdurmaqdır. Hazırda bir çox ölkələrdə insanlar COVID-19-a qarşı peyvənd olunurlar.

Yanvarın 18-dən Azərbaycanda da vaksinasiya prosesi başlanıb. Çindən alınan “Sinovak” vaksinlərinin keyfiyyətinə görə daha üstün hesab olunur.
İlk olaraq Səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB-in sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev peyvənd olunublar.

Ardınca risk qrupuna daxil olan insanların peyvənd olunmasına start verilib.

Fevralın 1-dən başlayaraq risk qrupuna daxil olan 65 yaşdan yuxarı insanlar da peyvənd olunacaqlar.

Peyvənd vurdurmaq könüllü və pulsuzdur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da peyvəndlərə birmənalı münasibət yoxdur. Bəzi insanlar indidən peyvənd olunmaqdan imtna edəcəklərini bildirirlər.


Modern.az
 mövzunun aktuallığını nəzərə alaraq, Milli Məclisin yaşı 65-dən yuxarı olan bəzi deputatlarından peyvənd olunub-olunmayacağını soruşub.


Aqil Abbas
deyir ki, peyvənd vurdurmaq barədə düşünmür: “Sağlam adamam. Peyvənd olunmaq barədə düşünmürəm”.


Vahid Əhmədov da peyvənd olunacağı barədə konkret fikir bildirməyib: “Bu barədə hələ ki danışmaq istəmirəm”.


Eldar İbrahimov
peyvənddən qorxmadığını bildirib: “Mən yüz faiz peyvənd olunacam. Heç nədən qorxmuram. Silahdan qorxarlar, iynədən yox”.


Elman Məmmədov da peyvəndləmə prosesinə qoşulacağını vurğulayıb: “Bundan boyun qaçırmaq düzgün olmaz. Əksinə, nümunə göstərmək lazımdır. Vətəndaşlarımızda bu məsələyə inam yaradılmasına çalışmaq lazımdır. Bu peyvəndləmə fəlakətin qarşısını almaq üçündür. Dövlət peyvəndlərə pul xərcləyir. Bu gün Azərbaycana gətirilən peyvəndlər dünyada mövcud olan ən etibarlı peyvəndlərdir. Hesab edirəm ki, bu məsələdə də bir olmalı və dövlət başçımıza təşəkkür etməliyik”.


Fəzail Ağamalı
 peyvənd olunmaq fikrindədir: “Mənim də peyvənd olunmaq fikrim var. Bundan çəkinmək lazım deyil. Bu peyvəndlər testdən keçib. Hər hansı fəsadı yoxdur. COVID-19 adlı lənətlənmiş virusdan qurtulmaq üçün mütləq peyvənd olunmaq lazımdır. Hesab edirəm ki, bundan qətiyyən çəkinmək olmaz”.


Eldar Quliyev
vaksinlərlə bağlı şayiələrə inanmamağı tövsiyə edib: “Mən də peyvənd olunacam. Heç nədən də qorxmuram. İnsanları boş şayiələrə inanmamağa çağırıram. Oğlum da peyvənd olunub. Hər şey yaxşıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ciddi xəstəliyin xəbərçisi olan “zərərsiz” əlamət açıqlandı 7 mart 2021, 12:34 Marketin damı qaz xəttinin üstünə aşdı, 600 abonent qazsız qaldı 7 mart 2021, 12:23 “YAP-la bağlı adama nə qədər sual verərlər…” - Eldar Sabiroğlu partiyada qalır? 7 mart 2021, 12:17 Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi 7 mart 2021, 12:15 Xərçəngin qənimi: Pomidor, brokkoli və zəncəfil... 7 mart 2021, 12:12 Gəncədə ər və arvad dəm qazından zəhərləndi 7 mart 2021, 12:05 Avstriyanın səhiyyə nazirindən “pandemiyada pandemiya” xəbərdarlığı 7 mart 2021, 11:58 Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlandı 7 mart 2021, 11:49 Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi 7 mart 2021, 11:44 Güclü külək məktəbin dam örtüyünü uçurdu 7 mart 2021, 11:38 İTBAŞI (18-ci bölüm) 7 mart 2021, 11:34 Ermənistan virusun cəngində: yoluxma artdı 7 mart 2021, 11:18 Şirvan xanlığının TARİXİ 7 mart 2021, 11:14 Gürcüstanda  koronavirusdan ölənlərin sayı artdı 7 mart 2021, 11:08 Azərbaycanlı səfir haqqında yayılan xəbərə sərt reaksiya verdi: “Satqın və yaramaz jurnalistlər...”  7 mart 2021, 10:51 Xocalının ən yaşlı sakini: “Şükür Allaha, bu qələbəni görməyi mənə nəsib etdi” - MÜSAHİBƏ 7 mart 2021, 10:50 İsveçrədə hicab qadağası ilə bağlı referendum keçirilir 7 mart 2021, 10:47 Məmur olmaq istəyənlər imtahan verir 7 mart 2021, 10:39 Türkiyənin təhlükəsizlik qüvvələrindən 2 milyon dollarlıq PKK əməliyyatı 7 mart 2021, 10:28 Gürcüstanda 14 yaşlı uşağa təcavüz edən daha bir nəfər saxlanıldı 7 mart 2021, 10:20 "Taliban" 7 əfqan hərbçisini qətlə yetirdi 7 mart 2021, 10:10 Füzulinin Qarakollu kəndindən VİDEO 7 mart 2021, 10:00 Şəmkirin DYP rəisi vəzifəsindən azad edildi 7 mart 2021, 09:51 Bakıda bədbəxt hadisə: işçinin qolu amputasiya olundu 7 mart 2021, 09:45 BMT-nin Baş katibi Moqadişodakı teraktı pislədi 7 mart 2021, 09:38 Bakı sakini evində bıçaqlandı 7 mart 2021, 09:28 Sərnişin stüardessaya hücum çəkdi - təyyarə məcburi eniş etdi 7 mart 2021, 09:20 Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə peyvəndə dair sənəd qəbul etdi 7 mart 2021, 09:12 ABŞ-da üç günahsız məhbus 20 ildən sonra sərbəst buraxıldı 7 mart 2021, 09:05 Şagirdlər üçün buraxılış imtahanı keçirilir 7 mart 2021, 08:59 Roma Papası Fransisk İraqa ilk səfərini reallaşdırdı 7 mart 2021, 08:51 "Barselona" səfərdə qələbə qazandı 7 mart 2021, 02:01 Fransada polislə toqquşmalar 7 mart 2021, 01:00 Avropa rus qazının alışını artırır 7 mart 2021, 00:49 Cənubi Amerika zonasının oyunları təxirə salındı - DÇ-2022 7 mart 2021, 00:35