Modern.az

İtkin düşən baş leytenantın nəşi TAPILDI

İtkin düşən baş leytenantın nəşi TAPILDI

Aktual

22 Yanvar 2021, 13:03

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir zabitinin meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, baş leytenant Mikayılov Rahim Qabil oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

 

Qeyd edək ki, R.Mikayılov 1990-cı ildə Quba rayonunun 2-ci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlindən zabitlə əlaqə kəsilib və barəsində heç bir məlumat olmaq mümkün olmayıb.

 

R.Mikayılov, ailəlidir. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.

 

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub