Arxiv
22 Yanvar 2021, 13:40 | AKTUAL
UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub

Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda UNEC İmtahan Mərkəzinin direktoru, dosent Söhrab İsayev 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının hazırlıq işləri barədə çıxış edib. UNEC-də payız semestrinin 2-ci modul imtahanlarının bakalavr və magistratura pilləsi üzrə 1-8 fevral tarixlərində keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Sessiya imtahanları zamanı bakalavriat və magistratura səviyyələri üzrə əyanidə aralıq qiymətləndirmənin 80 bal, qiyabidə isə 100 bal üzərindən həyata keçiriləcəyini deyib. İmtahanların distant formada, proktorinq tətbiq edilməklə test üsulunda keçiriləcəyini deyən mərkəz direktoru, fakültələr üzrə müəyyən edilən yeni proktorlar üçün təlimlərin keçirildiyini diqqətə çatdırıb.

Tələbələrə imtahanlarda güzəştlərin edilməsi məqsədilə təklif olunub ki, II modul ərzində fənni dinləmədən təkrar imtahan verən bakalavr və magistrlər 25 faiz ödənişdən azad edilsinlər. Təklif şura üzvləri tərəfindən qəbul edilib.

Elmi Şurada “UNEC Professoru” vəzifəsinin təsis edilməsi təklif olunub. Rektorun müşaviri, dosent Elşən Bağırzadə “UNEC Professoru” vəzifəsinin tutulması haqqında qaydalarla şura üzvlərini tanış edib. Bildirib ki, “UNEC Professoru” vəzifəsini öz sahəsində beynəlxalq səviyyədə tanınan, müasir standartlara uyğun elmi tədqiqatlar aparan və tədqiqat sahəsi üzrə yüksək keyfiyyətli tədris həyata keçirən əməkdaşlar müsabiqə əsasında tuta biləcəklər. Həmin vəzifəyə seçkilər UNEC Elmi Şurası tərəfindən rektorun müvafiq əmri ilə yaradılan müvafiq komissiyanın tövsiyəsi əsasında keçiriləcək. “UNEC Professoru” statusuna sahib olanlar bu ali təhsil müəssisəsində professor vəzifəsini tutan digər professorlarla bərabər hüquqa və səlahiyyətlərə malik olacaqlar və həmin status əməkdaşın UNEC-də çalışdığı müddətdə keçərli olacaq. Qaydalar oxunduqdan sonra müzakirəyə çıxarılaraq, şura üzvləri tərəfindən təsdiqlənib.

Sonra UNEC Elmi katibi Ərəbiyyə Mustafayeva cari məsələləri səsləndirib. Beynəlxalq Ekspertlər Şurasının Əsasnaməsi şura üzvləri tərəfindən təsdiqlənib. Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin adı dəyişdirilərək, Qiyabı və Əlavə Təhsil Mərkəzi adlandırılıb. UNEC Hazırlıq şöbəsi ləğv olunaraq, onun bazasında Hazırlıq Fakültəsi yaradılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda revanşistlərin A planı baş tutmadı, B planına əl atdılar - ŞƏRH 25 Fevral 2021, 20:42 ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi - VİDEO 25 Fevral 2021, 20:31 Putin Paşinyanla danışdı: “Təmkinli olun” 25 Fevral 2021, 20:27 Azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq - Prezident 25 Fevral 2021, 20:16 “Ermənistandakı çevriliş cəhdini qınayırıq” - Türkiyə prezidentinin sözçüsü 25 Fevral 2021, 20:05 Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli 25 Fevral 2021, 19:51 Rusiya Müdafiə Nazirliyindən “İsgəndər” AÇIQLAMASI 25 Fevral 2021, 19:40 Şoyqu Ermənistanın müdafiə nazirinə zəng etdi 25 Fevral 2021, 19:32 Ceyhun Bayramov İsrail səfirini qəbul edib 25 Fevral 2021, 19:17 Sabah bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 25 Fevral 2021, 19:05 ATƏT sədri Azərbaycana səfər edəcək 25 Fevral 2021, 18:58 Ana Vətən Partiyasından Xocalı bəyanatı 25 Fevral 2021, 18:52 Vətən müharibəsi memorial kompleksinin ilk eksponatları - FOTOLAR 25 Fevral 2021, 18:40 Pakistanlı general Bakıya gəldi 25 Fevral 2021, 18:35 Ermənistan müxalifəti Paşinyanla dialoqu rədd etdi 25 Fevral 2021, 18:23 Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri... 25 Fevral 2021, 18:10 Bostonda Xocalı soyqırımı anılacaq 25 Fevral 2021, 18:03 İlham Əliyev “Dostluq” yatağı ilə bağlı yeni İşçi Qrup yaratdı - SİYAHI 25 Fevral 2021, 18:00 Prezident “Signify”  şirkətinin baş icraçı direktorunu videoformatda qəbul edib 25 Fevral 2021, 17:54 "Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib  25 Fevral 2021, 17:48 Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib 25 Fevral 2021, 17:42 “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlanıb - FOTOLAR 25 Fevral 2021, 17:37 Əli Hüseynli: “Hərbi qulluqçular daim dövlətin diqqət mərkəzindədir”   25 Fevral 2021, 17:32 Srebrenitsa anaları Ağdam məscidində oldular 25 Fevral 2021, 17:29 Bu rayonlarda qarın yağması davam edir- FAKTİKİ HAVA 25 Fevral 2021, 17:28 Avtomobil yollarındakı son VƏZİYYƏT 25 Fevral 2021, 17:24 Xocalıda baş verənlər nə üçün soyqırımıdır? 25 Fevral 2021, 17:20 Azərbaycan və Çexiya parlament dostluq qrupları görüşdü 25 Fevral 2021, 17:17 Azərbaycanın milli parklarından qış mənzərələri - FOTOLAR 25 Fevral 2021, 17:12 Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar 25 Fevral 2021, 17:07 Yoluxanlar azaldı, sağalanlar artdı 25 Fevral 2021, 17:02 “Azəriqaz”da İctimai Şuranın təşkilinə dair ilk iclas keçirilib 25 Fevral 2021, 16:59 Paşinyan: “İstefa vermək barədə çox düşündüm amma...” 25 Fevral 2021, 16:55 VHP-dən Xocalı soyqırımı ilə bağlı bəyanat 25 Fevral 2021, 16:54 UNEC-də Xocalı soyqırımına aid beynəlxalq tədbir keçirilib 25 Fevral 2021, 16:53