Arxiv
22 Yanvar 2021, 15:00 | AKTUAL
Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır

2021-ci ildə intensiv üsulla salınacaq altı növ meyvə bitkisi (portağal, naringi, limon, fındıq, zeytun, nar) bağlarına görə birdəfəlik subsidiya ödəniləcək fermerlər bağın salındığı vaxtdan dörd il ərzində hər hektara görə yüksək əmsallı (3.5) əkin subsidiyalarını da alacaqlar.

 

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumata görə, yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə bu il salınacaq limon bağlarının hər hektarına 11000 manat, portağal və naringi bağlarına 9000 manat/ha, nar bağlarına 5000 manat/ha, zeytun bağlarına 4900 manat/ha, fındıq bağlarına 4400 manat/ha birdəfəlik əkin subsidiyası ödəniləcək. Bu məbləğlərdən əlavə, bağ sahiblərinə hər hektara görə 700 manat əkin subsidiyası veriləcək. Yeni bağların salınmasını stimullaşdırmaq üçün bu subsidiya məbləği bağın salındığı ilk 4 il ərzində ayrılır. 

 

Birdəfəlik subsidiya üçün fermerlər 1 fevral – 31 may tarix aralığında müraciət edə bilərlər. Bağ salacaq fermer əkin subsidiyasına edilən müraciət qaydasında istifadə hüququna dair torpaq sənədi ilə EKTİS-də qeydiyyatdan keçməlidir. Fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və CİS (coğrafi informasiya sistemi) vasitəsilə monitorinqi aparılacaq. Subsidiyanı ala bilmək üçün əsas şərt bağın 2021-ci ildə salınmış, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilmiş və damcı suvarma sisteminin qurulmuş olmasıdır.

 

Fındıq, zeytun, nar bitkiləri ilə bağlı əlavə şərtlər barədə məlumat veriləcək. Bu şərtlərə sahib olmayan meyvə bağlarına isə tək əkin subsidiyası ödəniləcək. Qeyd edək ki, Aqrar Subsidiya Şurası 2019-cu ildə intensiv üsulla salınmış fındıq bağlarının hər hektarına ilk 4 il ərzində 400 manat verilməsini qərara almışdı.

 

Yeni qərarla həm qərzəkli, həm qərzəksiz intensiv meyvə bağlarının ilk 4 ildə alacağı subsidiya məbləği 700 manat/ha olub. 4 ildən sonra isə bağların hər hektarına görə bağ sahibi 240 manat subsidiya alacaq.

 

Birdəfəlik subsidiya məbləği müraciət təsdiqləndikdən sonra “Fermer Kartı”na köçürüləcək. Vəsaitin 75%-i həmin bağların salınması üçün tinglərin alınmasına, gübrə və pestisidə xərclənə biləcək və ya bu istiqamətdə əvvəlcədən alınan borclara yönləndiriləcək. Vəsaitin bağların salınması üçün istifadə edilən suvarma sisteminin qurulmasına və kredit borclarına yönləndirilməsi mümkün olacaq. Vəsaitin 25%i isə fermer tərəfindən nağdlaşdırılaraq bağların salınması üçün digər xərclərə (aqrotexniki xidmət və s.) istifadə oluna bilər.

 

Xatırladaq ki, ötən ildən etibarən, fermerlər subsidiya üçün Elektron Kənd Təsərrüfatatı İnformasiya Sistemi üzərindən onlayn müraciət edir və subsidiyalar “Fermer Kartı”na ödənilir. Subsidiyalar ilə bağlı reqlamentlərlə www.dxr.az və digər məlumatlarla www.akia.gov.az saytlarından tanış olmaq mümkündür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Onlar xəstələniblər, koronavirusdan da betər...” - İlham Əliyevdən sərt MESAJ 5 mart 2021, 17:17 Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası 5 mart 2021, 17:07 YAP-da əsas söz sahibinə çevrilən Tahir Budaqov kimdir? - DOSYE 5 mart 2021, 17:02 Ukraynanın Azərbaycandakı səfiri Gəncəyə gedib - FOTOLAR 5 mart 2021, 16:56 YAP-ın Mərkəzi Aparatı yaradıldı - İcra katibliyi LƏĞV EDİLDİ 5 mart 2021, 16:54 Rektor YAP İdarə Heyətinin üzvü seçildi 5 mart 2021, 16:50 Bakıda ağacların dibi asfaltdan təmizləndi - FOTOLAR 5 mart 2021, 16:49 Fəzail Ağamalı YAP-ın qurultayından DANIŞDI 5 mart 2021, 16:46 Dünya yenidən qapanmaya gedir – Koronavirus kabusu davam edir 5 mart 2021, 16:46 YAP sədrinin müavinləri təyin edildi: Mehriban Əliyeva, Əli Əhmədov, Tahir Budaqov 5 mart 2021, 16:37 Azərbaycan XİN erməni nazirə CAVAB VERDİ 5 mart 2021, 16:34 Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır 5 mart 2021, 16:29 İlham Əliyev “91-lər”in fəaliyyətini qiymətləndirdi 5 mart 2021, 16:24 Roma Papası Bağdadda - FOTO 5 mart 2021, 16:18 Məşhur Məmmədov: YAP-ın yenilənməsi islahatlara təkan verəcək 5 mart 2021, 16:13 QHT sədri YAP İdarə Heyətinin üzvü seçilib 5 mart 2021, 16:08 Həbs olunan qazi AZADLIĞA BURAXILDI 5 mart 2021, 16:02 Milli Məclisin yəhudi deputatı: “Vaxt yetişəndə Azərbaycan İsraildə səfirlik açacaq” 5 mart 2021, 15:58 Ermənilərin talan etdiyi Ağdamın Tağıbəyli kəndi - VİDEO 5 mart 2021, 15:52 Karantin rejimi daha çox kimlərə təsir edir? - AÇIQLAMA 5 mart 2021, 15:47 Elçin Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü 5 mart 2021, 15:44 Əli Nağıyev Türkiyəyə başsağlığı verdi 5 mart 2021, 15:40 Avrasiya İttifaqı Yerevanın təkidi ilə Türkiyəyə qarşı QƏRAR VERDİ 5 mart 2021, 15:34 Hava xəbərdarlığı - Qar yağacaq, yollar buz bağlayacaq 5 mart 2021, 15:29 Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi” – İlham Əliyev                  5 mart 2021, 15:24 Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü 5 mart 2021, 15:20 Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir 5 mart 2021, 15:17 Ermənistan “Eurovision”da iştirak etməyəcək 5 mart 2021, 15:12 Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil” 5 mart 2021, 15:06 Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib 5 mart 2021, 15:00 Koronavirusa yoluxma sayı yenə ARTDI 5 mart 2021, 14:54 BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu! 5 mart 2021, 14:50 Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO 5 mart 2021, 14:45 Naftalanda Vətən Müharibəsi Qazisi evində ziyarət edildi - FOTO 5 mart 2021, 14:40 YAP-dan kənarlaşdırılan icra başçıları - SİYAHI 5 mart 2021, 14:35