Modern.az

Lənkəranda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB

Lənkəranda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB

24 Yanvar 2021, 01:11

Lənkəranda itkin düşmüş 2007-ci il təvəllüdlü Burxan Cəfərov yaşadığı Zövlə kəndinin girəcəyində yolun kənarındakı yarımtikilidə tapılıb.

 

Modern.az xəbər verir ki, qorxduğu üçün səsini çıxarmayan yeniyetmənin axtarışları bir neçə saat davam edib.

 

Onun üzərində hər hansı bir zorakılıq əlamətləri olmayıb, sağlamlığına dair ciddi təhlükə yoxdur (apa).

 

23:24

23 yanvar 2021-ci il tarixdə saat 17:00 radələrində Lənkəran şəhərinin Zövlə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 2007-ci il təvəllüdlü Cəfərov Burxan Nəriman oğlunun axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub.

 

Modern.az FHN-in saytına istinadla xəbər verir ki, müraciətlə əlaqədar nazirliyin müvafiq strukturları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

FHN-in Cənub Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

 

Hazırda axtarışlar B.Cəfərovun itkin düşdüyü ehtimal olunan ərazidən keçən Ulumçay çayının sahil zolağında, çayətrafı və ora yaxın ərazilərdə aparılır.

 

Əlavə məlumat veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır