Modern.az

Türkiyə gəmisinə hücum - azərbaycanlı öldürüldü

Türkiyə gəmisinə hücum - azərbaycanlı öldürüldü

Hadisə

23 Yanvar 2021, 23:55

Qvineya sahillərində Türkiyəyə məxsus "Mozart" adlı gəmi dəniz quldurları tərəfindən girov götürülüb.

 

Modern.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Nigeriyanın Laqos şəhərindən Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə doğru üzən gəminin göyərtəsində 19 nəfər olub.

 

Məlumata əsasən, dəniz quldurları gəmidə olan ikinci mühəndis - Azərbaycan vətəndaşı Fərman İsmayılovu qətlə yetiriblər, 15 nəfəri isə girov götürüblər.

 

Bildirilir ki, nigeriyalı dəniz quldurları razılaşma üçün xəbər gözləyirlər.

 

Türk mətbuatının iddiasına görə, gəmini qaçıran dəniz quldurları girovları qaytarmaq üçün pul tələb edir.

 

Gəmi heyətinin siyahısını təqdim edirik:

 

Gəmi kapitanı Mustafa Kaya
İkinci kapitan Melih Çetin
Üçüncü kapitan Doğancan Cengil
Dördüncü kapitan Furkan Yaren
Baş mühəndis Süha Tatlıgül
İkinci mühəndis Fərman İsmayılov (öldürülüb)
Üçüncü mühəndis Yasin Alper Şeker
Gökhan Buran
Vedat Aksan
Erdi Erman
Halil Gülçür
Ünsal Dilsiz
Adil Alkan
İlyas Baş
Mesut Meral
Bahadır Yeşilalan
Gökhan Lale
Mustafa Benklioğlu
Hamza Orhan

 

Son məlumata görə, gəminin 4-cü kapitanı olan Furkan Yaren piratlardan qaça bilib. O, Türkiyə ilə əlaqə saxlayaraq vəziyyəti izah edib.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar