Modern.az

Şamaxıda vulkan püskürdü

Şamaxıda vulkan püskürdü

24 Yanvar 2021, 00:58

Yanvarın 23-ü saat 19.20 radələrində Şamaxı rayonunun inzibati ərazisində yerləşən Quşçuluq kəndindən 500-600 metr məsafədə eyniadlı- Quşçu palçıq vulkanı püskürüb.

 

Modern.az-ın məlumatına görə, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev deyib.

O bildirib ki, püskürmə uğultu səslərlə müşayiət olunub:

 

"İlkin məlumata əsasən püskürmə çox da güclü olmayıb. Quşçu palçıq vulkanı 3 qrupdan ibarət olmaqla Şamaxı ərazisinin tez-tez püskürən aktiv palçıq vulkanlarından hesab olunur. Tərəfimizdən monitorinqlər davam etdiriləcək və əlavə məlumat veriləcək".

 

Qoruğun direktoru qeyd edib ki, 1810-cu ildən bu günə qədər palçıq vulkanlarının püskürmə statistikasına əsasən bu Quşçu palçıq vulkanının 16-cı püskürməsidir (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır