Arxiv
25 Yanvar 2021, 12:45 | AKTUAL
Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin müvafiq qərarı ilə “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası” təsdiq edilib.

 

Agentlikdən Modern.az-a bildirilib ki, Qayda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə, o cümlədən özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi şərtlərini müəyyən edir. Göndəriş vərəqəsi tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə verdiyi yazılı göstərişdir.

 

Göndəriş vərəqəsi Agentlik ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibb müəssisələrinə (dövlət və ya özəl tibb müəssisələri) verilə bilər.

 

Qaydaya əsasən tibbi göstəriş olduğu hallarda vətəndaşa göndəriş vərəqəsinin iki növü verilə bilər:

 

dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün verilən göndəriş vərəqəsi stasionar tibbi xidmətin göstərilməsi üçün verilən göndəriş vərəqəsi.

 

Dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün dövlət tibb müəssisəsinə göndəriş  vərəqəsi ilkin səhiyyə xidməti (ailə həkimi, sahə-terapevti, sahə pediatrı) tərəfindən verilir. Dar ixtisaslı həkim də öz növbəsində  tibbi göstəriş olduğu hallarda, digər dar ixtisaslı həkim müayinəsinə və yardımçı-diaqnostik müayinələrin aparılması üçün sığortaolunana göndəriş vərəqəsi verə bilər. Vərəqəyə ambulator kitabçadan çıxarış, aparılmış müayinələrin nəticələri, zəruri hallarda digər tibbi sənədlər əlavə olunur.

 

Stasionar tibbi xidmətin göstərilməsi üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti və dar ixtisaslı həkim tərəfindən verilir. Stasionar tibbi xidmətlərin göstərilməsi dövlət tibb müəssisələrində mümkün olmadığı təqdirsə isə Qaydanın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.

 

Sığortaolunan göndəriş verilən tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və ona təqdim edilən göndəriş vərəqəsi ilə birlikdə müraciət etməlidir. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP-da əsas söz sahibinə çevrilən Tahir Budaqov kimdir? - DOSYE 5 mart 2021, 17:02 Ukraynanın Azərbaycandakı səfiri Gəncəyə gedib - FOTOLAR 5 mart 2021, 16:56 YAP-ın Mərkəzi Aparatı yaradıldı - İcra katibliyi LƏĞV EDİLDİ 5 mart 2021, 16:54 Rektor YAP İdarə Heyətinin üzvü seçildi 5 mart 2021, 16:50 Bakıda ağacların dibi asfaltdan təmizləndi - FOTOLAR 5 mart 2021, 16:49 Fəzail Ağamalı YAP-ın qurultayından DANIŞDI 5 mart 2021, 16:46 Dünya yenidən qapanmaya gedir – Koronavirus kabusu davam edir 5 mart 2021, 16:46 YAP sədrinin müavinləri təyin edildi: Mehriban Əliyeva, Əli Əhmədov, Tahir Budaqov 5 mart 2021, 16:37 Azərbaycan XİN erməni nazirə CAVAB VERDİ 5 mart 2021, 16:34 Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır 5 mart 2021, 16:29 İlham Əliyev “91-lər”in fəaliyyətini qiymətləndirdi 5 mart 2021, 16:24 Roma Papası Bağdadda - FOTO 5 mart 2021, 16:18 Məşhur Məmmədov: YAP-ın yenilənməsi islahatlara təkan verəcək 5 mart 2021, 16:13 QHT sədri YAP İdarə Heyətinin üzvü seçilib 5 mart 2021, 16:08 Həbs olunan qazi AZADLIĞA BURAXILDI 5 mart 2021, 16:02 Milli Məclisin yəhudi deputatı: “Vaxt yetişəndə Azərbaycan İsraildə səfirlik açacaq” 5 mart 2021, 15:58 Ermənilərin talan etdiyi Ağdamın Tağıbəyli kəndi - VİDEO 5 mart 2021, 15:52 Karantin rejimi daha çox kimlərə təsir edir? - AÇIQLAMA 5 mart 2021, 15:47 Elçin Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü 5 mart 2021, 15:44 Əli Nağıyev Türkiyəyə başsağlığı verdi 5 mart 2021, 15:40 Avrasiya İttifaqı Yerevanın təkidi ilə Türkiyəyə qarşı QƏRAR VERDİ 5 mart 2021, 15:34 Hava xəbərdarlığı - Qar yağacaq, yollar buz bağlayacaq 5 mart 2021, 15:29 Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi” – İlham Əliyev                  5 mart 2021, 15:24 Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü 5 mart 2021, 15:20 Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir 5 mart 2021, 15:17 Ermənistan “Eurovision”da iştirak etməyəcək 5 mart 2021, 15:12 Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil” 5 mart 2021, 15:06 Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib 5 mart 2021, 15:00 Koronavirusa yoluxma sayı yenə ARTDI 5 mart 2021, 14:54 BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu! 5 mart 2021, 14:50 Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO 5 mart 2021, 14:45 Naftalanda Vətən Müharibəsi Qazisi evində ziyarət edildi - FOTO 5 mart 2021, 14:40 YAP-dan kənarlaşdırılan icra başçıları - SİYAHI 5 mart 2021, 14:35 YAP İcra katibliyi və müavinlər yenilənəcək 5 mart 2021, 14:29 Həkim-infeksionist ÇAĞIRIŞ ETDİ: “Bayramda qonaq gedilməsin, yoluxma arta bilər!” 5 mart 2021, 14:24