Modern.az

Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI

Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI

Aktual

25 Yanvar 2021, 13:03

Ötən il məhkəmələrin yerli probasiya qurumlarında  9576 məhkum qeydiyyata alınıb, eyni zamanda müxtəlif hüquqi əsasla 10453 məhkum qeydiyyatdan çıxarılıb.

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda mətbuat konfransında  bildirib.

 

M.Hümbətov qeyd edib ki, hesabat dövründə cərimə cəzasının icrası ilə bağlı 1,3 milyon manata yaxın vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu da ödənilən məbləğin 59 faizindən çoxunu təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi