Modern.az

“Fənərbaxça” 3 xalı 3 qolla qazandı

“Fənərbaxça” 3 xalı 3 qolla qazandı

25 Yanvar 2021, 23:50

Türkiyə Super Liqasında 21-ci tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, son gündə 3 oyun keçirilib.

 

Təhlükəli zonadan uzaqlaşmağa çalışan “Kasımpaşa” ilə “Sivasspor”un duelindən birincilər qalib ayrılıb - 2:0.

 

“Alanyaspor” - “Ankaragücü” görüşü bol qollu alınıb. Qonaqlar iki top fərqi ilə önə keçsə də, Alanya təmsilçisi əzmkar qələbəyə sevinib - 4:3.

 

Çempionluğa iddia edən “Fənərbaxça” doğma arenasında autsayderlərdən olan “Kayserispor”u böyük hesabla məğlub edib - 3:0.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir