Modern.az

Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək?

Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək?

26 Yanvar 2021, 09:16

“2021-ci il AzərbaycandaNizami Gəncəvi ili” elan olundu. Eyni zamanda, cənab Prezidentin Şuşanı mədəniyyət paytaxtı elan etməsi və ənənəvi "Xarı Bülbül festivalı”nın, "Vaqif Poeziya günləri"nin Şuşada keçirilməsi üçün göstərişlər verməsi bizi çox sevindirdi”.

Bu fikirləri Modern.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzazadə deyib. O bildirib ki, Nizami Gəncəvi ili” çərçivəsində “Nizami poeziya günləri” keçirilə bilər.

"Həmin poeziya günləri Göygölün ətrafında təşkil edilə bilər. Həmçinin,  "Vaqif Poeziya günləri" ilə bağlı da təkliflərimiz olacaq. Tədbirlərin tarixi tam bəlli olduqdan sonra, layihə ilə bağlı Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyi birgə fəaliyyət göstərəcək. Yəqin ki, müxtəlif ölkələrdən qonaqlar dəvət ediləcək, müsabiqələr keçirilə, kitablar dərc oluna bilər".

Xəyal Rzazadə qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı hansısa problem yaranmasa, Yazıçılar Birliyi "Nizami günləri" ilə bağlı müxtəlif addımlar atmağı düşünür.

“Kitab dərci ilə bağlı isə hələ ki konkret bir qərar yoxdur, amma Anar müəllimin təşəbbüsü ilə yazılardan ibarət qrup Qarabağa həsr olunacaq kitab layihəsi üzərində çalışır. Həmin kitab yaxın zamanlarda çap olunacaq. Ümumiyyətlə, bu il ilə bağlı çox layihələr ola bilər".


Mehri Qurban

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi