Arxiv
26 Yanvar 2021, 13:58 | AKTUAL
Şamaxıda püskürən vulkanın səbəbi açıqlandı

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin əməkdaşlarının gəldiyi ilkin nəticələrə əsasən, Azərbaycanın aktiv vulkanlarından hesab edilən Şamaxıdakı Quşçu palçıq vulkanının püskürməsinin baş verməsi ətraf zonalarda artan seysmik aktivliyin rolu ilə bağlı ola bilər. Belə ki, dekabr ayının sonlarından başlayaraq Şamaxı-Qobustan rayonunda müxtəlif amplitudalı seysmik hadisələrin baş verməsi və belə tendensiyanın hələ də davam etməsi vulkanların fəaliyyətinə müsbət təsir göstərir.

 

AMEA-dan Modern.az-a verilən məlumata görə, sözügedən vulkanın püskürməsi güclü uğultu ilə başlayıb, tullantı məhsulları 50-60 m yüksəkliyə qalxıb. Püskürmənin alovsuz müşahidə edildiyi də bildirilir.

 

GGİ mütəxəssisləri müəyyənləşdiriblər ki, sayca 16-cı dəfə paroksizmi qeydə alınan vulkanın son yüz il ərzində heç bir aktivliyi müşahidə olunmayan şimal eruptiv mərkəzində təzahür edib. Son dövrlər, o cümlədən 2018-2019-cu illərdə ardıcıl ənənəvi püskürməsi qeydə alınan cənub aktiv zona ilə 700 m məsafədə yerləşən yeni aktivləşən sahədə yer səthinə xaric edilən palçıq axınlarının əhatəsi 3 ha ərazini tutur. 0,9 m orta qalınlıqlı yeni brekçiyanın vulkan üzrə ümumi həcmi 27000 kubmetr hesablanıb. Şöbə əməkdaşlarının tədqiqatlarının nəticəsinə görə, əmələ gəlmiş iki əsas axın dilləri təxminən 100 m-dən bir qədər az ərazini tutur ki, onların istiqamətləri cənub-qərbə və şimal-qərbə yönəlib. Yer səthinə gətirilən brekçiyanın nisbətən qatı olması palçıq kütləsinin daha böyük ərazilər boyu paylanmasını məhdudlaşdırıb, relyef üzrə mailliyi az olan sahələrdə, o cümlədən vulkanın şərq hissəsində daha böyük qalınlıqla (bəzən 1,5 m-ə çatan) müşahidə olunmasına şərait yaradıb. Bununla bağlı qərb cinahlarda, axın dilləri ərazisində minimal qalınlıqlar (0,4-0,6 m) qeydə alınıb. Püskürmə nəticəsində aktivləşən eruptiv mərkəzdən cənuba doğru, daha aktiv hesab olunan, eləcə də son illər ərzində tez-tez püskürən və kəndə yaxın məsafədə yerləşən Quşçunun cənub eruptiv sahəsinə meyilli tektonik çatlar müşahidə edilib. Dərinliyi və eni çox da böyük olmayan belə çatların yüzlərlə metr davam etməsi izlənilib. Vulkanın şərq hissəsini əhatə edən krater bəndi sahəsində gölməçə formalaşıb və həmin sulu sahədə intensiv qaz qabarcıqları müşahidə olunub. Ümumilikdə şərq krater bəndi sahəsindən eruptiv mərkəzə doğru formalaşmış çatlı əmələgəlmələrdən qaz buxarlarının intensiv xaric olunması diqqəti cəlb edib.

 

Məlumat üçün qeyd edək ki, Quşçunun yeni püskürməsi baş verən eruptiv zonası rayonun bir neçə mülkiyyətçisinin təsərrüfat sahəsini əhatə edir. Həmin zonada əkin işləri həyata keçirən mülkiyyətçilər burada aktiv vulkan ocağının yerləşməsi haqqında məlumatlı olmayıblar.

 

Hazırda şöbə əməkdaşları son ayda müşahidə olunan aktivləşmə ilə yanaşı, püskürmə sahəsindən gətirilən yanar şistli süxurların və neftli qumdaşlarının tədqiqini davam etdirirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP-ın ardınca digər partiyalar da gəncləşmə siyasəti aparacaq? - Sədrlər CAVAB VERİR 5 mart 2021, 17:30 Transxəzər Fiber Optik Kabel Xətti layihəsi "Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları" tədbirində vurğulanıb - FOTO 5 mart 2021, 17:26 Zaqatalada yeni fındıq emalı fabriki yaradılır 5 mart 2021, 17:22 “Onlar xəstələniblər, koronavirusdan da betər...” - İlham Əliyevdən sərt MESAJ 5 mart 2021, 17:17 Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı verdi 5 mart 2021, 17:12 Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası 5 mart 2021, 17:07 YAP-da əsas söz sahibinə çevrilən Tahir Budaqov kimdir? - DOSYE 5 mart 2021, 17:02 Ukraynanın Azərbaycandakı səfiri Gəncəyə gedib - FOTOLAR 5 mart 2021, 16:56 YAP-ın Mərkəzi Aparatı yaradıldı - İcra katibliyi LƏĞV EDİLDİ 5 mart 2021, 16:54 Rektor YAP İdarə Heyətinin üzvü seçildi 5 mart 2021, 16:50 Bakıda ağacların dibi asfaltdan təmizləndi - FOTOLAR 5 mart 2021, 16:49 Fəzail Ağamalı YAP-ın qurultayından DANIŞDI 5 mart 2021, 16:46 Dünya yenidən qapanmaya gedir – Koronavirus kabusu davam edir 5 mart 2021, 16:46 YAP sədrinin müavinləri təyin edildi: Mehriban Əliyeva, Əli Əhmədov, Tahir Budaqov 5 mart 2021, 16:37 Azərbaycan XİN erməni nazirə CAVAB VERDİ 5 mart 2021, 16:34 Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır 5 mart 2021, 16:29 İlham Əliyev “91-lər”in fəaliyyətini qiymətləndirdi 5 mart 2021, 16:24 Roma Papası Bağdadda - FOTO 5 mart 2021, 16:18 Məşhur Məmmədov: YAP-ın yenilənməsi islahatlara təkan verəcək 5 mart 2021, 16:13 QHT sədri YAP İdarə Heyətinin üzvü seçilib 5 mart 2021, 16:08 Həbs olunan qazi AZADLIĞA BURAXILDI 5 mart 2021, 16:02 Milli Məclisin yəhudi deputatı: “Vaxt yetişəndə Azərbaycan İsraildə səfirlik açacaq” 5 mart 2021, 15:58 Ermənilərin talan etdiyi Ağdamın Tağıbəyli kəndi - VİDEO 5 mart 2021, 15:52 Karantin rejimi daha çox kimlərə təsir edir? - AÇIQLAMA 5 mart 2021, 15:47 Elçin Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü 5 mart 2021, 15:44 Əli Nağıyev Türkiyəyə başsağlığı verdi 5 mart 2021, 15:40 Avrasiya İttifaqı Yerevanın təkidi ilə Türkiyəyə qarşı QƏRAR VERDİ 5 mart 2021, 15:34 Hava xəbərdarlığı - Qar yağacaq, yollar buz bağlayacaq 5 mart 2021, 15:29 Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi” – İlham Əliyev                  5 mart 2021, 15:24 Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü 5 mart 2021, 15:20 Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir 5 mart 2021, 15:17 Ermənistan “Eurovision”da iştirak etməyəcək 5 mart 2021, 15:12 Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil” 5 mart 2021, 15:06 Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib 5 mart 2021, 15:00 Koronavirusa yoluxma sayı yenə ARTDI 5 mart 2021, 14:54