Modern.az

Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA

Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA

Aktual

26 Yanvar 2021, 16:47

Abşeron rayonunun Xırdalan şəhərində partlayış baş verən ikimərtəbəli evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz"İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

 

R.Əliyevin sözlərinə görə, hadisə yerində mütəxəssis araşdırmaları davam edir:

“Ərazidə heç bir yeraltı qaz kəməri yerləşmir. Partlayış həyət evinin daxilində baş verib. Hadisənin qaz sızmasından, yaxud balon qazından baş verdiyi məlum deyil. Bununla bağlı müvafiq qurumlar araşdırma aparır. Amma orada  “Azəriqaz”a aid heç bir yeraltı qaz kəməri yoxdur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı