Modern.az

JTI 7-ci dəfə Azərbaycanda “Ən yaxşı işəgötürən” seçildi

JTI 7-ci dəfə Azərbaycanda “Ən yaxşı işəgötürən” seçildi

Aktual

26 Yanvar 2021, 18:13

JTI (Japan Tobacco International) şirkəti Azərbaycanda 2014-cü ildən bəri 7-ci dəfə ardıcıl olaraq “Ən yaxşı işəgötürən” adına layiq görülmüşdür. JTI Azərbaycanda bu adı qazanmış yeganə şirkətdir.

 

Modern.az xəbər verir ki, şirkət Azərbaycanla yanaşı Avropada və qlobal miqyasda bu mükafatı qazanmışdır və dünyada bu ada layiq görülən 16 şirkət arasında yer tutur. “Ən yaxşı işəgötürən” diplomu öz işçilərinə son dərəcə gözəl iş şəraiti yaradan və onları əsas prioritet kimi qəbul edən şirkətlərə təqdim edilir.             

 

“Ən yaxşı işəgötürən” adını qazanmaq üçün müstəqil insan resursları şirkəti olan “Top Employer (Best Employer) Institute” (Ən yaxşı işəgötürənlər institutu) tərəfindən müəyyən edilmiş ən yüksək standartlara cavab vermək və hərtərəfli qiymətləndirmədən keçmək tələb olunur. Ümumilikdə, 119 ölkədə olan 1600-dan çox şirkət “Ən yaxşı işəgötürən” seçilmişdir.

 

Bu haqda fikirlərini bölüşərkən, JTI Belarus və Qafqaz bölməsinin Baş direktoru Konstantin Fyodorov bunları demişdir: “bizim üçün ən yaxşı işəgötürən kimi tanınmaq son deyildir. Bu, bizim doğru yolda olduğumuzu, davamlı təkmilləşmə və yeniliyə can atan bütün işçilərimizə təhlükəsiz və çevik iş mühiti təklif etdiyimizi sübut edir. Ardıcıl 7 dəfə bu ada layiq görülməyimiz bizim gələcək işçilərimizə də aydın bir mesaj verir: biz öz əməkdaşlarımızın qayğısına qalırıq və onlara ən yaxşı mühitdə öz karyerasını qurmaq üçün unikal imkan yaradırıq”.

 

“Top Employers Institute” JTI şirkətinin “Bərabər ailə məzuniyyəti siyasətini” xüsusi olaraq qeyd etmişdi. Bu siyasətə görə 1 yanvar 2021-ci il tarixindən şirkətin övladı dünyaya gələn istənilən əməkdaşı cinsiyyətindən asılı olmayaraq 20 həftəlik ödənişli məzuniyyət hüququ əldə edir.

 

İnsan resursları praktikasının təkmilləşdirilməsindən danışan JTI Azərbaycan şirkətinin İnsanlar və mədəniyyət şöbəsinin rəhbəri Arij Al-Tubai bunları qeyd etmişdir:

“2021-ci ildə mükafat almağımıza rəğmən biz yenilikçi yanaşmaları davam etdirəcəyik və diqqətimizi aşağıdakıların üzərində cəmləyəcəyik:

Qadınların şirkətdə bütün səviyyələrdə təmsilçiliyini artırmaq və gender bərabərliyinə nail olmaq məqsədilə gender bərabərliyi prinsipləri;

Yeni iş metodlarının tətbiqi: yerindən asılı olmayaraq məsafəli iş imkanlarının təkmilləşdirilməsi, əməkdaşlığın yeni üsullarının tətbiqinin həvəsləndirilməsi və əsas diqqəti insanlar və onların rifahı olan qlobal mühitin yaradılması.”

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı