Arxiv
27 Yanvar 2021, 18:10 | AKTUAL
“Postmüharibə dövründə peyklərdən istifadə üstünlüklər yaradacaq” - Malik Həsənov

“Möhtərəm Prezidentimiz İlham Əliyev inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən daim bu reallığı önə çəkir ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Azərbaycan da müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə, təkmilləşməyə üstünlük verir. İslahatlar ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndirir. Bu baxımdan ki, tərəqqi islahatlarsız mümkün deyil. İqtisadi tərəqqiyə uyğun olaraq kadr potensialının formalaşdırılması, yeni texnologiyaların inkşafı və tətbiqi şəraitində dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq mümkündür.”

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

 

M.Həsənov vurğulayıb ki, Azərbaycan İKT-nin yaratdığı imkanlardan istifadə etməklə dayanıqlı inkişafını təmin edir:  

 

"Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İKT ili” elan edilməsi bu sahənin inkişafının prioritetliyinin təsdiqidir. Məhz “İKT ili”ndə ölkəmizin ilk telekommunikasiya peyki orbitə buraxılmışdır. Bu hadisə onu göstərdi ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və artıq kosmik klubun üzvüdür. “Azərspace-1” ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və sair sahələrdə inkişafa təkan verir.

 

2016-cı ildə “Azərsky” müşahidə peyki və 2018-ci ildə isə “Azərspace- 2” peyki orbitə buraxıldı. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar öz növbəsində qeyri-neft sektorunun inkişafını şərtləndirir. “Azərsky” müşahidə peyki vasitəsilə nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim izləyə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsində “Azərsky” peykinin xüsusi rolu vardır. 

 

Dövlətimizin başçısı İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən "Əlbəttə ki, mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm" söyləyərək bu məqama diqqəti yönəltmişdir ki, peyklər orbitə çıxarılanda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır? Ancaq həyat göstərdi ki, bugünümüz və gələcəyimiz üçün əhəmiyyətli hadisədir. Həm müharibə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə Azərbaycana çox böyük üstünlüklər qazandırdı. 

 

Təbii ki, Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq ölkəmizin üstünlüyü idi. Heç təsadüfi deyil ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi".

 

“Postmüharibə dövründə həyata keçirilən quruculuq və bərpa işləri üçün də peyklərdən istifadə böyük üstünlüklər yaradacaq” söyləyən millət vəkili bildirib ki, azad edilmiş ərazilərdə şəhər və kəndlər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulacaq. Layihələr icra edilərkən dünyanın ən qabaqcıl texnologiyaları tətbiq ediləcək. Ölkədə dayanıqlı inkişafın təmin edilməsində əsas amillərdən olan yeni texnologiyaların tətbiqi daim kadr hazırlığını da gündəmdə saxlayır:

 

"Azərbaycan gəncləri müasir dünyagörüşə malik gənclərdir, ən əsası yenilikçidirlər. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının icrasında da əsas məqsəd onların elmin, yeni texnologiyaların dərinliklərini öyrənmələri, həmçinin təhsillərini başa vurduqdan sonra Vətənə dönərək əldə etdikləri təcrübəni iqtisadiyyata, ayrı-ayrı sahələrin inkişafına yönəldərək davamlı inkişafa dəstək olmalarıdır. Möhtərəm Prezidentimiz qeyd olunan qəbulda bu hədəfi açıqlamışdır ki, istedadlı gənclərimizin Azərbaycanda fəaliyyət göstərmələri, öz biliklərini burada tam realizə etmələri və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət göstərmələri üçün şəraiti lazımı səviyyədə qurmalıyıq. Ona görə ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir”.

 

"Azərbaycan həm Vətən müharibəsində, həm də dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizədə yeni texnologiyaların tətbiqi və inkişafı sahəsində böyük uğurlara malik olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı hər zaman prioritet məsələdir. Ölkə Prezidenti bu məqsədi də açıqlayır ki, texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik.

 

COVID-19-la mübarizə ölkəmizin informasiya texnologiyaları sahəsində mövcud imkanlarına bir daha aydınlıq gətirdi. Özünütəcrid dövlətlərarası münasibətlərdə də vacib amil kimi önə çəkildiyindən ölkə Prezidenti İlham Əliyevin pandemiya dövründə istər bu və ya digər dövlətin, beynəlxalq təşkilatın rəsmiləri ilə görüşləri, eyni zamanda, onun təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının xüsusi sessiyası videoformat şəkilində təşkil olunub. Təbii ki, bu kimi mühüm addımlar müasir texnologiyalar olmadan mümkün deyil. Uğurlarımız bu əminliyə əsas verir ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqeyini daha da möhkəmləndirəcək",- deyə M.Həsənov bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP-ın ardınca digər partiyalar da gəncləşmə siyasəti aparacaq? - Sədrlər CAVAB VERİR 5 mart 2021, 17:30 “Onlar xəstələniblər, koronavirusdan da betər...” - İlham Əliyevdən sərt MESAJ 5 mart 2021, 17:17 Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı verdi 5 mart 2021, 17:12 Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası 5 mart 2021, 17:07 YAP-da əsas söz sahibinə çevrilən Tahir Budaqov kimdir? - DOSYE 5 mart 2021, 17:02 Ukraynanın Azərbaycandakı səfiri Gəncəyə gedib - FOTOLAR 5 mart 2021, 16:56 YAP-ın Mərkəzi Aparatı yaradıldı - İcra katibliyi LƏĞV EDİLDİ 5 mart 2021, 16:54 Rektor YAP İdarə Heyətinin üzvü seçildi 5 mart 2021, 16:50 Bakıda ağacların dibi asfaltdan təmizləndi - FOTOLAR 5 mart 2021, 16:49 Fəzail Ağamalı YAP-ın qurultayından DANIŞDI 5 mart 2021, 16:46 Dünya yenidən qapanmaya gedir – Koronavirus kabusu davam edir 5 mart 2021, 16:46 YAP sədrinin müavinləri təyin edildi: Mehriban Əliyeva, Əli Əhmədov, Tahir Budaqov 5 mart 2021, 16:37 Azərbaycan XİN erməni nazirə CAVAB VERDİ 5 mart 2021, 16:34 Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır 5 mart 2021, 16:29 İlham Əliyev “91-lər”in fəaliyyətini qiymətləndirdi 5 mart 2021, 16:24 Roma Papası Bağdadda - FOTO 5 mart 2021, 16:18 Məşhur Məmmədov: YAP-ın yenilənməsi islahatlara təkan verəcək 5 mart 2021, 16:13 QHT sədri YAP İdarə Heyətinin üzvü seçilib 5 mart 2021, 16:08 Həbs olunan qazi AZADLIĞA BURAXILDI 5 mart 2021, 16:02 Milli Məclisin yəhudi deputatı: “Vaxt yetişəndə Azərbaycan İsraildə səfirlik açacaq” 5 mart 2021, 15:58 Ermənilərin talan etdiyi Ağdamın Tağıbəyli kəndi - VİDEO 5 mart 2021, 15:52 Karantin rejimi daha çox kimlərə təsir edir? - AÇIQLAMA 5 mart 2021, 15:47 Elçin Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü 5 mart 2021, 15:44 Əli Nağıyev Türkiyəyə başsağlığı verdi 5 mart 2021, 15:40 Avrasiya İttifaqı Yerevanın təkidi ilə Türkiyəyə qarşı QƏRAR VERDİ 5 mart 2021, 15:34 Hava xəbərdarlığı - Qar yağacaq, yollar buz bağlayacaq 5 mart 2021, 15:29 Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi” – İlham Əliyev                  5 mart 2021, 15:24 Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü 5 mart 2021, 15:20 Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir 5 mart 2021, 15:17 Ermənistan “Eurovision”da iştirak etməyəcək 5 mart 2021, 15:12 Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil” 5 mart 2021, 15:06 Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib 5 mart 2021, 15:00 Koronavirusa yoluxma sayı yenə ARTDI 5 mart 2021, 14:54 BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu! 5 mart 2021, 14:50 Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO 5 mart 2021, 14:45