Arxiv
27 Yanvar 2021, 19:30 | AKTUAL
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) yeni xalça fabriki fəaliyyət göstərəcək.

 

Modern.az-ın məlumatına görə, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev yeni xalça fabrikində 3D-çap texnologiyalarının tətbiqi məsələsinə toxunaraq qeyd edib ki, üçölçülü texnologiyaların tətbiqi ilə 3D-xalçaların hazırlanması ölkəmizdə xalçaçılıq sənəti üçün yeni bir istiqamət olacaq.

 

R.Əliquliyev müasir texnologiyalar tətbiq etməklə xalça istehsalını həyata keçirən “Dadaş-N” MMC-nin YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihənin innovativ təşəbbüslərin artırılmasına, eləcə də elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına hər zaman dəstək verdiyini vurğulayıb.

 

“Dadaş-N” MMC-nin direktoru Nəsimi Dadaşov çıxış edərək 1995-ci ildən fəaliyyət göstərən müəssisənin Azərbaycanda sənaye üsulu ilə xalça istehsalını həyata keçirən yeganə şirkət olduğunu vurğulayıb. O, “Dadaş-N” MMC-də istər Azərbaycanın qədim xalçalarının, istərsə də müasir üslubda tikilən xalçaların istehsalı üçün ən son avadanlıqlardan hesab olunan Belçika istehsalı “Van De Viele” şirkətinin kompüter proqramlı oxucu dəzgahından istifadə etməklə müxtəlif ölçülü xalçaların istehsal ediləcəyini diqqətə çatdırıb.

 

Hazırda daxili bazarda xalça, kilim, palaz və s. kimi məhsullara olan yüksək tələbatdan bəhs edən şirkət rəhbəri daxili tələbatı təmin etmək üçün yeni istehsal müəssisələrinin yaradılmasına ehtiyac duyulduğunu söyləyib. N.Dadaşov əlavə edib ki, müəssisə Azərbaycanda xalçaçılığın inkişafı ilə bağlı qəbul edilən qərar və proqramları rəhbər tutaraq istehsal sahəsini daha da inkişaf etdirməklə daxili təlabatın ödənilməsini, xalça və bu kimi məhsulların ixrac qabiliyyətinin artırılmasını, yeni iş yerlərinin açılmasını, eləcə də Azərbaycan bazarının xarici təchizatçılardan asılılığının azaldılmasını hədəfləyir.

 

Onun sözlərinə görə, xalçaçılıq sənətini daha da genişləndirmək, daxili bazarı təmin etmək və xaricə valyuta axınının qarşısını almaq üçün kompüter proqramlı bir neçə avadanlıq tələb olunur. Direktor rəhbərlik etdiyi müəssisənin YT Parkda açılacaq yeni xalça fabrikində istənilən növ (milli, klassik, modern) və ölçüdə xalça və kilim məhsullarının istehsal olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu avadanlıqların günlük istehsal gücü 1500-2000 kavdratmetr xalça məhsullarının toxunmasına imkan verir. Müştərilərin istəyi ilə istənilən standart və qeyri-standart ölçülərdə xalçalar toxumaq mümkündür. N.Dadaşov bildirib ki, xalça fabrikində xalça toxumaqla yanaşı, ondan sonrakı prosesləri də icra etmək üçün avadanlıqlar quraşdırılacaq.

 

Qeyd edək ki, "Dadaş-N” MMC-nin YT Parkının rezidenti kimi qəbul edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dolların bahalaşması qızılı ucuzlaşdırdı 26 Fevral 2021, 21:54 Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı 26 Fevral 2021, 21:41 Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşdi 26 Fevral 2021, 21:28 “Sülhməramlıların nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıdacaqlar” - İlham Əliyev 26 Fevral 2021, 21:13 Elxan İbrahimov Müdafiə Nazirliyindən uzaqlaşdırılıb? - AÇIQLAMA 26 Fevral 2021, 21:01 “Rusiya və Azərbaycan dost ölkələrdir” - İlham Əliyev 26 Fevral 2021, 20:50 Ermənistan prezidenti baş qərargah rəisi ilə görüşdü 26 Fevral 2021, 20:39 “Bu tragikomediyaya son qoyulmalıdır” 26 Fevral 2021, 20:27 "Qondarma "DQR" rəhbərinin məsuliyyətə cəlb olunmasına nail olacağıq" - Kamran Əliyev 26 Fevral 2021, 20:18 Heç vaxt özünə ad günü keçirməyən Aprel Şəhidi - FOTOLAR 26 Fevral 2021, 20:12 Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətindən danışdı 26 Fevral 2021, 20:07 İƏT-in Parlament İttifaqı Xocalı ilə bağlı bəyanat YAYDI 26 Fevral 2021, 20:00 Xocalı soyqırımı törədiləndə dünya susmuşdu - İlham Əliyev 26 Fevral 2021, 19:52 NATO-nun mənzil-qərargahında Xocalı qurbanları anılıb - FOTO 26 Fevral 2021, 19:45 Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTOLAR 26 Fevral 2021, 19:37 Bakıda prospektdəki qəza tıxac yaratdı 26 Fevral 2021, 19:30 Xocalı qurbanlarının xatirəsi Şuşada anılıb - VİDEO 26 Fevral 2021, 19:22 Komitə sədri həmkarlarını “3+3” iqtisadi əməkdaşlıq ideyasını dəstəkləməyə çağırdı 26 Fevral 2021, 19:15 Baş prokuror intiharlardan DANIŞDI 26 Fevral 2021, 19:08 Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət ediblər - FOTOLAR 26 Fevral 2021, 19:00 Qanunsuz ov edən Salyan sakini SAXLANILDI 26 Fevral 2021, 18:52 Azərbaycan daha bir ölkədən quş ətinin idxalını DAYANDIRDI 26 Fevral 2021, 18:45 Ermənistan prezidenti müxalifət nümayəndələri ilə görüşdü 26 Fevral 2021, 18:38 Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb 26 Fevral 2021, 18:30 Xocalı soyqırımının günahkarları ədalət qarşısında mütləq cavab verəcəklər - Spiker 26 Fevral 2021, 18:22 Yevlax sakinini elektrik cərəyanı vurub öldürdü 26 Fevral 2021, 18:15 Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti qələbəsidir - Hikmət Hacıyev 26 Fevral 2021, 18:08 Nazir xanım rəisi işdən ÇIXARDI 26 Fevral 2021, 18:00 Ombudsman “Ana harayı” abidəsini ziyarət edib 26 Fevral 2021, 17:57 İtaliya-Azərbaycan dostluq qrupu soyqırımı ilə bağlı məktub göndərib 26 Fevral 2021, 17:54 Paşinyana sadiqliyini saxlayan erməni generallar – FOTO 26 Fevral 2021, 17:50 Prezident Rusiya sülhməramlılarından nə üçün narazı olduğunu AÇIQLADI 26 Fevral 2021, 17:46 Ali Məhkəmədə baxılan işlərin əksəriyyəti bu nazirliklə bağlıdır 26 Fevral 2021, 17:42 Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi... 26 Fevral 2021, 17:36 Din xadimləri “Ana harayı” abidəsini ziyarət etdilər 26 Fevral 2021, 17:35