Modern.az

Alban-Udi icması Qarabağa yeni səfər edəcək

Alban-Udi icması Qarabağa yeni səfər edəcək

13 Fevral 2021, 09:25

Alban-Udi xristian icmasının rəhbəri Robet Mobili  azad olunmuş ərazilərdəki Alban kilsələrinin son durumu haqqında məlumat verib.

Modern.az-a açıqlamasında o həmin ərazilərə mərhələli şəkildə səfər edildiyini söyləyib.

 

“Bildiyimiz kimi, azad olunmuş ərazilər hazırda minalardan təmizləmə işləri aparılır. Bu səbəbdən həmin ərazilərə mərhələli şəkildə səfər edirik. Zəfər günündən bəri həmin ərazilərə 3 dəfə səfər etmişik. Mən səhhətimlə bağlı bəzən səfərlərdə iştirak edə bilmirdim”.

 

R.Mobili açıqlamasında qeyd etdi ki, gələn həftə Laçınla, Kəlbəcərə də səfərlər planlaşdırılır:

“İnşallah, gələn həftə təxminən 10-15 icma üzvü ilə birgə  səfərimiz olacaq. Bu dəfə Laçınla, Kəlbəcəri ziyarət edəciyik. Hələ ki, Xudavəngdə və Ağoğlanda olmuşuq”.

 

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir