Modern.az

Danimarka Almaniya ilə sərhədini qismən bağladı

Danimarka Almaniya ilə sərhədini qismən bağladı

21 Fevral 2021, 09:59

Danimarka Almaniya ilə sərhədini qismən bağlayıb.

 

Modern.az xəbər verir ki, Danimarka hökuməti sərhədin bağlanması barədə qərarı Almaniyanın bəzi sərhəd bölgələrində koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən təcili olaraq qəbul edib.

 

Bu, təxminən 13 sərhəd keçidinin müvəqqəti tədbir olaraq tamamilə bağlanacağı, digər 9-da isə daha sərt məhdudlaşdırma və yoxlamaların tətbiq ediləcəyi deməkdir.

 

Cümə axşamı tətbiq edilən qərar sərhəd yaxınlığında yerləşən Almaniyanın Flensburq şəhərində koronavirus mutasiyasının yayılmasından sonra qəbul olunub.

 

“Bu səbəbdən indi biz əhəmiyyətli dərəcədə daha sərt sərhəd yoxlamaları tətbiq edirik və Danimarka-Almaniya sərhədindəki bir sıra daha kiçik sərhəd keçidlərini bağlayırıq", - deyə Danimarkanın ədliyyə naziri Nik Xekkerup nazirliyin saytında bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir