Modern.az

Azərbaycanın Ququşa 5 il gecikən etirazı - VİDEO

Azərbaycanın Ququşa 5 il gecikən etirazı - VİDEO

27 Avqust 2012, 22:35

Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) İran müğənnisi Ququşun “Gedək üzü küləyə” adlı Azərbaycan mahnısının erməni mahnısı kimi təqdim etməsinə münasibət bildirib. Agentliyin Hüquq şöbəsinin müdiri Xudayat Həsənli APA-ya açıqlamasında bildirib ki, əslən azərbaycanlı olan İran müğənnisi Ququş “Gedək üzü küləyə” adlı Azərbaycan mahnısını erməni dilində oxuyub.

Ququşun ifasında “Youtube”da yayımlanan Azərbaycan mahnısınıın musiqisi Elza İbrahimovaya, sözləri şair Əlağa Kürçaylıya məxsusdur. Mhnını vaxtilə Azərbaycanın Xalq artisti Şövkət Ələkbərova ifa edib.
“Ququş bu mahnını oxuyarkən onun Azərbaycan mahnısı, müəlliflərinin azərbaycanlı olduğunu bildirməyib. Mahnı anonim erməni mahnısı kimi təqdim edilib. Bu da müəllif hüquqlarının kobud şəkildə pozulmasıdır”-deyə Müəllif Hüquqları Agentliyinin şöbə müdiri avqustun 27-də bildirib.

X.Həsənlinin sözlərinə görə, hazırda müğənninin kontaktları dəqiqləşdirilir.
“Ququş bu mahnını oxuyarkən beynəlxalq konvensiyanın bu tələbini də pozub. Dövlət orqanı olaraq bu hala kəskin etirazımızı bildiririk. İki azərbaycanlı müəllifin hüquqları pozulub. Bununla bağlı həm “Youtube”nin rəhbərliyinə və bu mahnının yerləşdirildiyi saytlara etiraz məktubları göndəriləcək. Mahnı 2010-cu ildə ifa edilsə də, yeni yayımlanıb. Bunun kökü də araşdırılır ki, ilk dəfə olaraq bu mahnı harada ifa edilib. Ququşun kontaktları müəyyən ediləndən sonra MHA-nın etirazı müğənninin özünə də çatdırılacaq”.

Əslində Azərbaycanın Müəllif Hüquqları Agentliyinin bu münasibətini çox gecişmiş reaksiya hesab etmək olar. Modern.az-ın məlumatına görə, mahnı qeyd edildiyi kimi Ququşun ifasında 2010-cu ildə deyil, ondan da xeyli əvvəl - 2007-ci ildə səsləndirilib və həmin ildə “Youtube”da yayımlanıb.  Sonradan bu video ikinci dəfə 2010-cu ildə “Youtube”da yerləşdiriliib. Azərbaycanın Müəllif Hüquqları Agentliyi də məhz ikinci variantı görüb və ona istinad edir.

Modern.az saytı həmin mahnının 2007-ci ildə “Youtube”da yayımlanan variantının videosunu təqdim edir.





Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər