Arxiv
23 Fevral 2021, 12:18 | AKTUAL
İtaliya şirkətləri Qarabağda yenidənqurma işlərinə dəvət edildi

Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı sahəsində İtaliya iş adamları ilə əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə 22 fevral tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin birgə təşkilatçılığı ilə video-formatda görüş təşkil edilib.

 

Komitədən Modern.az-a verilən məlumata görə, görüşdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkələr arasında yaxın dostluq və strateji tərəfdaşlıq ənənələrinə toxunaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun ərazilərimizi Ermənistan işğalından azad etmək məqsədilə uğurlu hərbi əməliyyatları zamanı İtaliyanın əsl dost mövqeyini bir daha nümayiş etdirdiyini xüsusi vurğulayıb.

 

Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük müharibədən sonra İtaliya Respublikasının yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərləri çərçivəsində səsləndirdikləri fikirlər də bunun bariz nümunəsidir.

 

Anar Quliyev, işğaldan azad olunmuş ərazilərin inkişafı sahəsində əməkdaşlıq üçün dost ölkələrdən olan şirkətlərə üstünlük veriləcəyi barədə Azərbaycan Respublikası Prezidentinin açıqlamasını rəhbər tutaraq bildirdi ki, Azərbaycan-İtaliya əməkdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün bu gün yeni əlverişli mühit formalaşmışdır. Komitə sədri Qarabağ regionunda şəhərsalmanın planlaşdırılması, zəngin tarixi-memarlıq irsimizin bərpası və yenidənqurma işlərində İtaliya təşkilatlarını iştirak etməyə dəvət edib.

 

Görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Mədəniyyət Nazirliyinin nümayəndələri Qarabağın yaşayış məntəqələrinin baş planlarının hazırlanması və tarixi-memarlıq abidələrinin bərpası və restavrasiyası sahəsində görülən işlər və əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış ediblər.

 

Daha sonra, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dəvəti ilə görüşdə iştirak edən bir sıra dövlət təşkilatının və iş adamlarını təmsil edən assosiasiyalarının təmsilçiləri çıxış edərək fəaliyyətləri və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı ilə bağlı göstərə biləcək xidmətlər barədə ümumi məlumat verdilər. Belə ki, görüşdə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin rəsmiləri ilə yanaşı “ICE” – İtaliya Ticarət Agentliyinin, “OICE” – İtaliyanın memarlıq, mühəndislik və texniki-itisadi konsaltinq şirkətləri assosiasiyasının, “Assorestauro” – İtaliyanın memarlıq, incəsənət, restavrasiya və şəhər bərpası üzrə assosiasiyasının, “Confindustria” – İtaliyanın sənaye və xidmət şirkətləri assosiasiyasının, “SACE” – İtaliya İxrac-Kredit Agentliyinin, “ANCE” – İtaliyanın Milli İnşaatçılar Assosiasiyasının və “Elettricita Futura” – İtaliyanın elektrik enerjisi şirkətləri assosiasiyasının təqdimatları edildi, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İndoneziyada 5.5 bal gücündə zəlzələ olub 8 mart 2021, 19:11 Koronavirusa yoluxanların sayı azaldı: 6 nəfər öldü 8 mart 2021, 18:12 Rusiyalı hərbçilər Qazaxla sərhəddə nə edir? – FOTO 8 mart 2021, 17:40 Daha bir ölkə turistlər üçün karantin müddətini azaldacaq 8 mart 2021, 17:29 Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar QAZANDI 8 mart 2021, 17:07 Ukraynada oynayan futbolçu Azərbaycan yığmasının üzvü ola bilər 8 mart 2021, 16:45 Bəşər Əsəd koronavirusa TUTULDU 8 mart 2021, 16:36 Bu ölkədə 8 Mart aksiyaları qadağan edilib 8 mart 2021, 16:18 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi – DİN-dən AÇIQLAMA 8 mart 2021, 16:06 Roma papasının İraqa səfəri başa çatıb 8 mart 2021, 16:01 Daha bir şəhidimizin övladı dünyaya gəldi 8 mart 2021, 15:53 Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! 8 mart 2021, 15:39 Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ 8 mart 2021, 15:32 Universitet professoru vəfat etdi 8 mart 2021, 15:29 Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI 8 mart 2021, 15:23 İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb 8 mart 2021, 15:08 Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU 8 mart 2021, 14:55 Livanda etirazçılar əsas yolları bağlayıb 8 mart 2021, 14:44 ABŞ Türkiyəyə sanksiya tətbiq etdi, Ankara çıxış yolu TAPDI 8 mart 2021, 14:31 Kürdə batan şəxsin meyiti tapıldı 8 mart 2021, 14:14 Türkiyədə 31 FETÖ üzvü saxlanılıb 8 mart 2021, 14:03 BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi 8 mart 2021, 13:40 Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var 8 mart 2021, 13:32 Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır 8 mart 2021, 13:25 Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik 8 mart 2021, 13:17 Zəngilanda postlar quruldu - Təhlükəsizlik tədbirləri gücləndirildi 8 mart 2021, 13:10 Ceyhun Bayramov Azərbaycan xanımlarına təşəkkür etdi 8 mart 2021, 13:03 İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı 8 mart 2021, 12:57 Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTOLAR 8 mart 2021, 12:50 Ermənilərin viran qoyduğu Zəngilanın Qaragöz kəndi - VİDEO 8 mart 2021, 12:42 Bağlanan banklarda kompensasiya ödənişləri 93 faizi təmin olunub 8 mart 2021, 12:35 FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat YAYDI 8 mart 2021, 12:28 Sabahın hava PROQNOZU 8 mart 2021, 12:21 Bir ananın monoloqu... 8 mart 2021, 12:14 Baş Prokuror Azərbaycan xanımlarını təbrik etdi 8 mart 2021, 12:07