Modern.az

Təmirə göndərilən qatarlar yaxın vaxtlarda geri dönəcək – QSC sözçüsü

Təmirə göndərilən qatarlar yaxın vaxtlarda geri dönəcək – QSC sözçüsü

Təhsil

28 Avqust 2012, 10:40

“Artıq xeyli müddətdir ki, Azərbaycandan Rusiyaya təmirə göndərilən vaqonlar bu yaxınlarda ölkədə yenidən istifadəyə veriləcək”. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bu barədə Modern.az-a danışıb.

  N. Əzməmmədov bildirib ki, bu yaxınlarda ölkəyə sınaq yürüşü keçirilmiş vaqonlar gətiriləcək. “Petrovsk Vaqon Təmiri zavodunda 50 vaqonumuz təmir olunub. Artıq onlardan 10-u hazırdır, onların sınaq yürüşü keçirilir. Hazır olan qatarlar sınaqdan keçirildikdən sonra xəttə buraxılır. Təmirdən çıxan vaqonlar bu yaxınlarda gətiriləcək. Onlar həm ölkə daxili ,  həm də beynəlxalq istiqamətdə hərəkət edən qatarlara qoşulacaq”. 

“Qiymətlərdə isə heç bir dəyişiklik olmayacaq. Çünki o tarifi Azərbaycanda Tarif Şurası təsdiq edir. Biz yalnız təklif edə bilərik”, – deyə N. Əzməmədov bildirib.  

QSC sözçüsünün rəsmisinin sözlərinə görə, qatarlarda ehtiyac olduğu təqdirdə sərnişinlərə tibbi yardım göstərilməsi üçün personalın yoxluğuna anlaşılan yanaşılmalıdır. “Əgər hər hansısa bir hadisə baş verirsə, qarşıdan yaxınlıqdakı stansiyaya xəbər verilir, təcili yardım çağırılır. Stansiyaların bəzilərində tibbi xidmət var. Həkimlərin yerləşdirilməsi praktikası isə heç yerdə yoxdur”.    

Şahanə RƏHİMLİ  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü