Modern.az

Pulsuz məktəbli forması hansı şagirdlərə veriləcək?

Pulsuz məktəbli forması hansı şagirdlərə veriləcək?

Ölkə

28 Avqust 2012, 11:11

Paytaxt sakinləri arasında yayılan xəbərlərə görə, bu il şəhid ailələri, məcburi köçkün və aztəminatlı valideynlərin övladlarına pulsuz məktəbli formasının verilməsi gözlənilir. Məlumat  cəmiyyətdə səs-küyə səbəb olub.
Bu barədə Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbəri Təranə Şərifova da mediaya açıqlama verib. O, bildirib ki, adları çəkilən kateqoriyadan olan valideynlər onlara arayış təqdim etməli, assosiasiya da bu sənədləri pulsuz forma almaq üçün Bakı Tikiş Evinə verməlidir.

Bir çoxlarını sevirdirən bu xəbəri dəqiqləşdirmək üçün  Modern.az aidiyyatlı orqanlarla əlaqə saxlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, bu informasiyanı nə təkzib, nə də təsdiq edə bilər.
“Bunun bizə heç bir aidiyyatı yoxdur. Məktəbli formasının satışı ilə Bakı Tikiş Fabriki məşğul olur. Əgər hər hansı güzəşt təqdim ediləcəksə, bu onların səlahiyyətindədir”-deyə Z.Əliqızı əlavə edib.

Bakı Tikiş Evinin satış meneceri Etibar Əzimov da bu məlumatın yalan olduğunu qeyd edib. Onun sözlərinə görə, bu informasiyanı kim deyibsə, sözünün üzərində dursun, məsuliyyəti öz üzərinən götürsün və məktəbliləri formayla təmin eləsin.
“Biz parçaları Türkiyədən alıb gətirir və satırıq. Bu hansısa fondun hesabına reallaşmır. Bütün şəhid ailələri və məcburi köçkün, eləcə də aztəminatlı ailələri pulsuz məktəbli forması ilə necə təmin edə bilərik? Bakı Şəhər Təhsil İdarəsinə məktəblərdəki Valideyn-Müəllim assosasiyaları müraciət edəndə, biz bir-iki formanı imkansız ailələrə veririk. Amma daha hamısını təmin eləmək haqda məlumat yalandır. Bunu deyən insanlar çox məsuliyyətsizdir”-deyə, satış meneceri qeyd edib.

Hazırda məktəbli formasının qiyməti ölçüsündən asılı olaraq 40-55 AZN arasında dəyişir...

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı