Modern.az

Bütün deputatların vaksinasiyası başladı

Bütün deputatların vaksinasiyası başladı

25 Fevral 2021, 12:35

Bir neçə gündür ki, Milli Məclisin deputatlarının vaksinasiyasına başlanılıb. Modern.az-ın xəbərinə görə, fevralın əvvəllərindən başlayaraq parlamentin 65 yaşdan yuxarı deputatlarının bir çoxu yaşadıqları ünvanlarda vaksinasiya olunub.

Bu gün isə deputatların hamısı yaş fərqi olmadan vaksin vurdurur. Belə ki, Milli Məclis tərəfindən hər bir deputata vaksin vurdurmaları üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etmələri tövsiyə olunub.

Təbii ki, vaksin vurdurmaq deputatlar arasında məcburi yox, könüllü formada həyata keçirilir.

Məlumat üçün bildirək ki, hələlik vaksin vurdurmaq üçün ancaq deputatlara müraciət olunub. Milli Məclisin Aparat işçiləri vaksinasiya olunmayıb.

Qeyd edək ki, bu gün daha iki deputat, Razi Nurullayev və Ceyhun Məmmədov vaksin vurdurub. Deputatlar özlərini normal hiss etdiklərini bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir