Arxiv
25 Fevral 2021, 18:10 | AKTUAL
Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri...

Dövlət Gömrük Komitəsinin Akademiyasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib.

Modern.az xəbər verir ki, “Zoom” platforması üzərindən təşkil olunan tədbirdə Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.

 

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın azadlığı, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Xocalı soyqırımının XX əsrin ən dəhşətli, insanlıq adına utanc gətirən, yaddaşlarda ən acı xatirələr buraxmış bir faciə, soyqırımı olduğunu deyib. Xocalı soyqırımının törədilməsində mənfur ermənilərin Azərbaycan xalqına qarşı əsrlərdən bəri məkrli niyyət və nifrətinin, işğalçılıq planlarının dayandığını, 29 il bundan öncə ərazilərimizin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğala məruz qaldığını deyib. O, işğal altda olan torpaqların Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində şanlı Azərbaycan Ordusunun dəmir yumruğunun gücü ilə azad olunduğunu bildirib. Qulu Novruzov deyib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsində xalqımızın yaşadığı məhrumiyyətlər geridə qaldı, Azərbaycan xalqı qalib xalqa çevrildi.

 

Akademiya rəisi istər erməni təxribatı nəticəsində Azərbaycanın qərb sərhədlərində olan Tovuz döyüşlərində, istərsə də, 44 günlük Vətən müharibəsində müasir Azərbaycan gəncliyinin göstərdiyi şücaətdən söz açıb. “Bu gün hər bir Azərbaycan gənci, vətəndaşı Ulu öndərin dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam sözlərini  qürurla deyə bilər” – deyə Qulu Novruzov qeyd edib. O, Xocalı soyqırımı qurbanları, həmçinin bütün şəhidlərin əziz xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağını bildirib.

 

 Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi, gömrük xidməti kapitanı Araz Aslanlı  və “Hüquqşünaslıq” ixtisasının 3-cü kurs tələbəsi Cəbrayıl Məmmədzadə məruzə ilə çıxış edərək, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biri olduğunu bildiriblər. Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayan çıxışçılar bu qanlı hadisənin hüquqi və siyasi-ictimai təhlilinə toxunublar. Vurğulanıb ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra verilib.

 

İşğal altda olan torpaqların azad olunması üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsinin sonunda bütün dünyanın haqqın və ədalətin zəfər çalmasının şahidi olduğu bildirilib, Azərbaycanın möhtəşəm qələbəsinin tariximizə qızıl hərflərlə yazıldığı vurğulanıb. Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımı qurbanlarının intiqamının alındığı qeyd edilib.

Tədbirdə Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda tələbələr ədəbi-bədii kompozisiya təqdim ediblər. Kompozisiyada Xocalıya həsr olunmuş şeirlər səsləndirilib, həmçinin Akademiyanın xor qrupunun ifasında “Azərbaycan” mahnısı təqdim olunub.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Ağac budağının içərisi ilə rezin boru yeridərək qaz xəttinə qanunsuz qoşuldu - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00 Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olundu - VİDEO 20 Aprel 2021, 18:53 Azərbaycanda saxlanan erməni hərbçilərə qohumları ilə əlaqə qurmağa imkan YARADILDI 20 Aprel 2021, 18:47 İtkin düşən iki hərbçimizin nəşi tapılaraq ailəsinə təhvil verilib 20 Aprel 2021, 18:38 Havada tozun miqdarı normadan artıqdır 20 Aprel 2021, 18:30 Cəbrayıllı şəhid ailəsindən çox təsirli MƏKTUB 20 Aprel 2021, 18:22 Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olunub 20 Aprel 2021, 18:16 Nazirlikdən “Sovetski” sakinlərinin iddialarına CAVAB 20 Aprel 2021, 18:10 İdman Akademiyası intihar edən tələbə barədə: “Çalışqan və aktiv idi” 20 Aprel 2021, 18:04 Minalanmış ərazilərin xəritələrinin verilməməsi beynəlxalq hüquqa ziddir 20 Aprel 2021, 17:54 İtkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır 20 Aprel 2021, 17:48 Prezidentin Hacıqabul səfərindən FOTOLAR 20 Aprel 2021, 17:42 Hərbi Prokurorluq: 2889 şəhidin şəxsiyyəti müəyyənləşdirilib  20 Aprel 2021, 17:36 İftar süfrəsinə qadağa - Ramazanda necə savab qazanmaq olar? 20 Aprel 2021, 17:32 Hərbi Prokurorluq itkin hərbçilərimizin sayını AÇIQLADI 20 Aprel 2021, 17:30 Nazirlik rəsmisi: Bakının yalnız 50-55 faizində kanalizasiya şəbəkəsi var 20 Aprel 2021, 17:28 Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq 20 Aprel 2021, 17:24 Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDU 20 Aprel 2021, 17:18 “Acınohur” gölü quruyur 20 Aprel 2021, 17:12 Məhkəmə Rövşən Əkbərovun vəsadətini rədd etdi 20 Aprel 2021, 17:06 İranda prezident Ruhaniyə qarşı İTTİHAM 20 Aprel 2021, 17:00 Xankəndidə erməni qız rus sülhməramlıdan HAMİLƏ QALDI 20 Aprel 2021, 16:54 İqtisadiyyat Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ 20 Aprel 2021, 16:53 Hadrutda daha 2 erməni hərbçinin meyiti tapıldı 20 Aprel 2021, 16:48 Çingiz Abdullayev: “Gülüş ən qorxunc silahdır” 20 Aprel 2021, 16:47 Azərbaycanda daha 14830  nəfərə vaksin vuruldu 20 Aprel 2021, 16:42 Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi AÇIQLANDI 20 Aprel 2021, 16:39 Yoluxma sayı 2000-i ötdü, 34 nəfər öldü 20 Aprel 2021, 16:35 Yeni sədr idarə rəislərinə tapşırıqlar verdi 20 Aprel 2021, 16:32 COVID-19 peyvəndi hazırlayan azərbaycanlı professor Modern.az-a DANIŞDI: “Sprey formasındadır” 20 Aprel 2021, 16:26